Qışda bu təhlükədən qorunun! - Ölüm riski böyükdür

Qışda bu təhlükədən qorunun! - Ölüm riski böyükdür</p> 
 <p>Payız-qış mövsümündə dəm qazından zəhərlənmələrin sayı artır və əksər hallarda bədbəxt hadisələrə gətirib çıxarır. "Səssiz qatil"in hər il yüzlərlə insanın ölümünə səbəb olması narahatlıq yaradır və mütəxəsisslər də insanları ayıq-sayıq olmağa çağırır.
KONKRET.az xəbər verir ki, Rusiya Milli Tibbi Tədqiqat Mərkəzinin xroniki respirator xəstəliklərin profilaktikası laboratoriyasının rəhbəri Marina Smirnova bildirib ki, zəhərlənmələr daha çox istilik sistemlərinin istifadə edildiyi, pəncərələrin bağlandığı və havalandırmanın məhdudlaşdırıldığı yerlərdə baş verir:
"Karbonmonoksit odun, kömür və ya təbii qazda karbonun yarımçıq yanması səbəbindən yaranır. Qaz tənəffüs vasitəsilə qana keçir və oksigeni daşıya bilməyən karboksihemoqlobin əmələ gətirir. Bununla da orqan və toxumalarda oksigen aclığı başlayır.
Dəm qazı son dərəcə zəhərlidir. 30 dəqiqə ərzində dəm qazı altında nəfəs aldıqda öldürücü konsentrasiyası 0,1-0,2% təşkil edir. Nəfəs alınan havada dəm qazının konsentrasiyası 1,2%-dən çox olarsa, 1-2 dəqiqə ərzində ölüm baş verə bilər. Karbonmonoksit rəngsiz və qoxusuzdur, buna görə də onu "səssiz qatil" adlandırırlar.
Dəm qazı ilə zəhərlənən zaman nə etməli?
Zəhərlənmə hiss olunduqda dərhal otağı tərk etməli, zərərçəkən təmiz havaya çıxarılmalı, təcili yardım çağırılmalıdır. Təcili yardım gəlməmişdən əvvəl zərərçəkənə dərindən nəfəs almaq imkanı verilməlidir. Arxası üstə uzadılmalı, başının altına yastıq qoyulmalı, yaxası və kəməri açıq vəziyyətdə olmalıdır.
Əgər insanın huşu yerindədirsə, ona qəhvə və ya çoxlu çay verin. Çünki kofein beyindəki tənəffüs mərkəzini stimullaşdırır. Xəstənin yerini isti etmək lazımdır. Nəzərə alın ki, zəhərlənmə zamanı termorequlyasiya pozulur və dəm qazı vuran adamın hərarəti aşağı düşür".
Karbonmonoksit zəhərlənməsinin qarşısını necə almaq olar?
— Bütün cihazları (qaz sobaları, su qızdırıcıları və odun sobaları) daim yoxlayın!
— Soba borularının, bacaların və havalandırma sistemlərinin vəziyyətini mütəmadi olaraq yoxlayın və otağı havalandırın!
— Qarajda avtomobilin mühərrikini işlək vəziyyətdə saxlamayın!
— Qapalı yerlərdə kerosin və ya propan qızdırıcılarından istifadə etməyin!
— Zəhərlənmə əlamətləri görünsə, dərhal həkimə müraciət edin!
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 15 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumat son.xeberler xankendi valyuta mezenesi