Qonşu ölkələrdə karantin rejimi yenidən sərtləşdirilir, Azərbaycanda buna ehtiyac varmı? – EKSPERT RƏYİ

Qonşu ölkələrdə karantin rejimi yenidən sərtləşdirilir, Azərbaycanda buna ehtiyac varmı? – EKSPERT RƏYİQonşu ölkələrdə karantin rejimi yenidən sərtləşdirilir, Azərbaycanda buna ehtiyac varmı? – EKSPERT RƏYİ
"Nə qədər ki, ictimai nəqliyyatda sosial izolyasiya qaydalarına əməl olunmayacaq, o qədər də virusun yoluxma statistikasında azalma müşahidə olunmayacaq". 
Bunu Oxu.Az-a tibb eksperti, professor Adil Qeybulla Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi sualına cavab verərkən deyib. 
Professorun sözlərinə görə, bəzi insanlar karantin qaydalarına riayət etmirlər:
"Cəmiyyət özü qanunlara əməl etsə pandemiyanın tez bir zamanda bitəcəyinin şahidi ola bilərik. Keçən vaxt da, təcrübə də bunu göstərdi. Yoluxmanın yenidən artması qaçılmaz deyil".
Ekspert əlavə etdi ki, rəsmi məlumatlara inansaq, bu gün Azərbaycanda yoluxma sayı əvvəlki aylara nisbətən azalır:
"Bunu müraciət edənlərin sayından daha aydın bilmək olur. Son günlər müraciət edənlərin sayı azalır". 
Terapevt Rasif Bağırovun fikrincə, Gürcüstanda, İranda, Türkiyədə yoluxmanın dalğavari olması, artımın müşahidə edilməsi əhalinin çoxluğu ilə bağlıdır. Belə olan halda pandemiya ilə mübarizə aparmaq çətindir. Türkiyə və İran kimi ölkələrdə hələ ki, yoluxmanın çox olmasını anormal saymaq olmaz. Amma Gürcüstanda yoluxma sayının artması yaxşı hal deyil. Ola bilsin ki, turizm ölkəsi olduğu üçün gəliş-gedişlə əlaqəlidir". 
R.Bağırov isə Azərbaycanda yoluxma sayının azalmasını tibbi maskaların istifadəsi ilə əlaqələndirib:
"Operativ qərargah qaydalara əməl olunması üçün çağrışlar edir. Cəmiyyət isə karantin qaydalarına elə də güclü əməl etmir. Amma buna baxmayaraq əvvəlki aylarla müqayisədə azalma müşahidə olunmaqdadır. Azalmanın səbəbi tibbi maskalardan istifadə olunması faktorudur". 
Qeyd edək ki, qonşu Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Belə ki, 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni anti-rekord qeydə alınıb. Bununla da, Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi sabahdan etibarən qadağan ediləcək.
Həmçinin Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir. Artan yoluxma halları ilə əlaqədar ölkədə bir sıra karantin tədbirləri sərtləşdirilib. 
Analoji olaraq İranda ötən sutka ərzində 127 nəfər koronavirusdan (COVID-19) ölüb. Ötən 24 saatda 2313 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 393425 nəfərə yüksəlib.

Sosial       Tarix: 09 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri valyuta mezennesi ensonxeberler metbuat