Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - "Kaspi"nin REPORTAJI + FOTO

Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - "Kaspi"nin REPORTAJI + FOTO
Ölü dənizin İordaniya sahili unikal iqlim qoruğunda yerləşdiyi üçün təbii müalicəvi kurort hesab olunur. Bura çox sakit və az məskunlaşılan yerdir. Suyun və müalicəvi palçığın unikal xüsusiyyətləri buranı bütün dünyada tanınan sağlamlıq mərkəzinə çevirib.
İordaniya, Fələstin və İsrail sahillərini yuyan "Ölü dəniz" dünyanın ən füsunkar yerlərindən hesab olunur. Ölü dənizdə həmişə yaxşı isti havanın - ildə 330 günəşli günün olması hər mövsüm özünə dünyadan saysız-hesabsız turist cəlb edir. Bu mənada İordaniya sakinləri şanslıdırlar: oranın heyrətamiz təbii cazibəsi var. Əslində bu su hövzəsi - göldür, böyüklüyünə görə dəniz adı alıb. 
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:
Ölü dənizin İordaniya sahili unikal iqlim qoruğunda yerləşdiyi üçün təbii müalicəvi kurort hesab olunur. Bura çox sakit və az məskunlaşılan yerdir. Suyun və müalicəvi palçığın unikal xüsusiyyətləri buranı bütün dünyada tanınan sağlamlıq mərkəzinə çevirib. Sahil boyu uzanan hotellərin müasir müalicə, reabilitasiya və kosmetoloji mərkəzləri var. Bəzi hotellərdə dəri xəstəliklərinin müalicəsi üçün klinikalar fəaliyyət göstərir. Bu bölgədəki demək olar ki, hər şey müalicəvidir: duz, palçıq, qaynar qaynaqlar...
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Bu ölkəni çimərlik tətili üçün gözə alan turistlər rahat qumlu və ya qayalı çimərliklər və sakit atmosfer üçün Qırmızı dəniz sahilini seçirlərsə, sağlamlıqları üçün məhz Ölü dənizə üstünlük verirlər. Qeyri-adi isti, inanılmaz dərəcədə minerallarla zəngin sular qədim dövrlərdən bəri padşahlar, imperatorlar, tacirlər və zəvvarlar üçün olduğu kimi bugünkü xarici turistlər üçün də cəlbedicidir. Kral Herodun, gözəl Misir Kraliçası Kleopatranın, Saba imperatorluğunun füsunkar kraliçası Belkisin, hətta Süleyman Peyğəmbərin bu dənizin sularında çimib, sahilində günəş vannası qəbul etməsi əhali arasında rəvayət kimi danışılır.
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - "Qatil" dəniz
Ölü dəniz turları İordaniyanın turistik mərkəzlərinə təşkil edilən turlar içərisində ən bahalısıdır: 250 ABŞ dolları. Amma qaldığın hotelin dəstəyi ilə nisbətən ucuz qiymətə - 200 dollara da özəl tura qoşulmaq mümkündür. Təbii ki, hər bir turist üçün coğrafiya dərslərindən adını eşitdiyi, efirlərdən gözəlliyini izlədiyi bu möcüzəvi dənizi gözlə görmək, sularında yuyunmaq zövqü əvəzolunmazdır.
Ölü dəniz Aqaba şəhərindən 350 km məsafədə yerləşir. Ölü dəniz dünyanın ən duzlu dənizi hesab edilir: "Dənizin suyunun bir litrində 270 qram duz var. Ölü dənizin sahilində atmosfer təhlükəli ultrabənövşəyi şüaların qarşısını alır. Bu da sağlamlığınıza zərər vermədən uzun müddət günəşdə qalmağa imkan verir", - deyə bizi Ölü dəniz turuna müşayiət edən sürücü-bələdçimiz yol boyu məlumat verir. 
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Zaman-zaman bu dənizə müxtəlif adlar verilib: Lot dənizi, Şərqi dəniz, Asfalt dəniz və s. Amma göründüyü kimi, hələ lap qədimlərdən bu su hövzəsini insanlar haqlı olaraq "Ölü dəniz" adlandırıblar. Suyunda heç bir canlı olmadığından, bu su hövzəsi belə qorxunc ad alıb. Bələdçi izah edir ki, bu cür duzlu suda ancaq ən nadir mikroorqanizmlər yaşaya bilir: "Digər canlıların duzlu suda yaşaması mümkün deyil. Bu suya düşən balıqlar həmin andaca ölürlər və onların duzla örtülmüş cəsədləri suyun üzünə çıxır. Buna görə, yəhudi dilində bu dəniz "Qatil dəniz" də adlanır. Dənizin duzlu olmasının səbəbi su hövzəsinə tökülən çayların tərkibində duzun çox olmasıdır. Dənizin isə heç bir axarı yoxdur. Dəniz suyunun çıxarı ancaq buxarlanmadır. Su buxarlanarkən tərkibindəki duz dənizdə qalır. Neçə minilliklərlə dənizin dibində yığılıb qalan duz dənizi ölü bir hövzəyə çevirib". 
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Təbiətin bir möcüzəsi
Dənizin sahilində çoxlu turist gözə dəyir. Hər şeyi bilmək həvəsində olanlar təbiətin bir möcüzəsi olan bu dənizi yaxından seyr etməyə can atır, hətta soyuq havada belə dənizin "adamı batırmayan" suyuna baş vuranlar da var. Bəli, bu dənizdə adam batmır. Ona görə də Ölü dənizdə üzənlərin suda qalmaq üçün heç bir səy göstərmələrinə ehtiyac yoxdur. Dənizin suyu həddən artıq duzlu olduğu üçün hər kəs suyun üzərində uzanaraq sərbəst, suya batmadan kitab, qəzet, jurnal oxuya bilir. Su həssas dərilərə tez təsir etdiyindən dənizdə çox qalmaq olmur. Turizm mövsümü aprel ayından başlayır. 
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Ölü dənizin əsas cazibəsi isti, sakitləşdirici, çox duzlu su və palçıqdır. Dəri və oynaqların müxtəlif xəstəliklərinin müalicəsi üçün bu sahillərə hər il milyonlarla insan üz tutur.
Baxımsız çimərliklər də gözə dəyir
Bütün sahillərdə olduğu kimi burada da bahalı hotellərə aid pullu çimərliklərlə yanaşı, ictimai və baxımsız çimərliklər də gözə dəyir. İordaniyada turistlər üçün qiymətlər baha olduğundan bir çox qonaqlar ictimai çimərliklərə üstünlük verirlər. Ölü dənizin sularının sahilə yaydığı ağappaq duzlar isə sənaye, kənd təsərrüfatı və təbabətdə istifadə olunur. "Ölü dənizdə 26 vacib mineral var ki, onlardan on ikisi dünyanın heç bir başqa dənizində və ya okeanında yoxdur. Bəziləri özünəməxsus keyfiyyətlərə malikdir, məsələn, rahatlıq hissi verir, dərini qidalandırır, qan-damar sistemini aktivləşdirir, revmatik xəstəlikləri və metabolik pozğunluqları sağaldır, stress müqaviməti üçün vacibdir", - deyə bələdçimiz məlumat verir. 
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Mağazalarda, suvenir dükanlarında satılan duzların və minerallardan hazırlanan kosmetik vasitələrin qiyməti də ucuz deyil: miqdarından asılı olaraq 10-100 dinar (27-550 AZN) arası dəyişir. Bu, kosmetik vasitələr dünyanın ən bahalı vasitələri hesab olunur.
Qorxunc adı olan turistik məkan: Dünyanın ən füsunkar yerlərindən biri - Ölü dəniz yox ola bilər
Bələdçimiz son illər Ölü dənizin səviyyəsinin aşağı düşməsindən narahatlığını da bildirdi: "Ölü dənizin problemi qlobal iqlim dəyişikliyindən qaynaqlanmır. Çünki Ölü dənizin yeganə mənbəyi olan İordan çayından hazırkı dövrdə daha çox istifadə edirlər. Su əvvəlki illərlə müqayisədə daha çox israf olunur. Həmçinin, Ölü dənizdən bir çox özəl şirkətlər də minerallar çıxarırlar. Hər il dəniz bir metr aşağı enir. Son illərdə bu proses daha da güclənib. Bu gedişlə Ölü dəniz müəyyən müddətdən sonra yox ola bilər. Bu isə ölkənin iqtisadiyyatına, turizminə böyük problemlər yaradar. İordaniya hökuməti bu barədə ciddi düşünür". 

Maraqlı       Tarix: 22 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri cəbhədən son məlumat son xəbərlər son xeber 2026