Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilərABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regionda baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Mövcud vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi, gərginliyin artıb-artmayacağı isə ən çox müzakirə olunan məsələlərdən biridir.
İranla ABŞ arasında nə hərb, nə sülh vəziyyətidir. İndən sonra proseslər hara istiqamət götürəcək? Müharibə ehtimalı çoxdur?
KONKRET.azxəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sahil Kərimli ABŞ-İran və İran-İsrail qarşıdurması fonunda əməliyyatların yenidən başlaması və tərəflərin bir-birinə qarşı dağıdıcı zərbələr endirməsinin bu gün də real təhlükə olaraq qaldığını bildirib:
"Çünki proses son dərəcə həssas və kövrəkdir. Tərəflərin bir-birinə qarşı səsləndirdiyi ağır ittihamlar, ABŞ-ın İrana irəli sürdüyü tələblər, eyni zamanda İranın Vaşinqtondan gözləntiləri və şərtləri gərginliyi daha da artırır və danışıqları mürəkkəb mərhələyə daşıyır. Hazırda İran və ABŞ arasında aparılan danışıqlarda Pakistanın fəal mövqeyini xüsusilə qeyd etmək lazımdır. Pakistan, eləcə də digər regional və beynəlxalq aktorlar çalışırlar ki, tərəflər arasında münasibətlər normallaşsın və uzunmüddətli sabitliyə xidmət edəcək razılaşma əldə olunsun".
Politoloqun fikrincə, hazırkı danışıqlar prosesində müəyyən məsələlər üzrə İranın mövqeyinin nisbətən gücləndiyi müşahidə olunur:
"Son günlər İran rəhbərliyinin və rəsmi dövlət qurumlarının açıqlamalarından görünür ki, uzun illər tətbiq edilmiş iqtisadi sanksiyaların yumşaldılması, Qətərdə dondurulmuş milyardlarla dollar vəsaitin bir hissəsinin İrana qaytarılması, eləcə də nüvə proqramı ilə bağlı müzakirələr danışıqların əsas mövzuları sırasındadır. İran uzun illər iqtisadi sanksiyaların yaratdığı ağır sosial və iqtisadi problemlərlə üzləşdiyindən, bu istiqamətdə əldə olunacaq güzəştlər onun üçün ciddi əhəmiyyət daşıyır. Digər tərəfdən, ABŞ üçün əsas prioritet İranın uranı zənginləşdirməsinin məhdudlaşdırılması, nüvə silahı əldə etmək imkanlarının qarşısının alınması və Hörmüz boğazında təhlükəsizlik balansının Vaşinqtonun maraqlarına uyğun qorunmasıdır. Eyni zamanda, ABŞ bu strateji su hövzəsində öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışır".
S.Kərimlinin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, tərəflər danışıqları tam dayandırmaq əvəzinə, onları müəyyən qədər ləngidərək daha əlverişli mövqe qazanmağa və siyasi üstünlük əldə etməyə çalışırlar:
"Lakin bu, kifayət qədər riskli strategiyadır. Çünki hər hansı kiçik insident və ya yanlış hesablanmış addım vəziyyətin yenidən hərbi müstəviyə keçməsinə səbəb ola bilər. Hesab edirəm ki, hazırkı mərhələdə İsrail İrandan təhlükəsizlik sahəsində gözlədiyi nəticələri tam əldə edə bilmir. İsrailin regional təhlükəsizliklə bağlı iddiaları və tələbləri kifayət qədər genişdir və bu da Tehranın sərt reaksiyasına səbəb olur. İran isə öz növbəsində yalnız milli maraqlarını deyil, regiondakı müttəfiqləri və dəstəklədiyi qüvvələrin maraqlarını da nəzərə alır. Buraya Livan, HƏMAS və Fələstin məsələləri də daxildir. Tehran bu istiqamətlərdə də siyasi və geosiyasi üstünlüklər əldə etməyə çalışır. Bütün bunları nəzərə aldıqda, prosesin hansı istiqamətdə inkişaf edəcəyini qəti şəkildə proqnozlaşdırmaq çətindir. Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, hər an gərginlik yenidən arta, müharibə riski aktuallaşa və bölgədə genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlaya bilər".

Siyasi       Tarix: 30 iyun 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler