Qovuran istilərdə optimal geyim tərzini necə seçməli? - "Mayka dəb deyil, seçimdir" + FOTO

Qovuran istilərdə optimal geyim tərzini necə seçməli? - Qovuran istilərdə optimal geyim tərzini necə seçməli? - "Mayka dəb deyil, seçimdir" + FOTO
Son iki həftə ərzində havalar kəskin isti keçir. Belə şəraitdə orqanizmi qorumağın yollarından biri də düzgün geyim formasının seçilməsidir.
Bəs görəsən, qızmar havalarda hansı tərz və rəngdə olan geyimlərə üstünlük vermək lazımdır? Yayda hansı parçalardan olan paltarlar məqsədəuyğundur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən modelyer-dizayner Şəlalə Maqsudova deyib ki, yay fəslində diqqət edilməli olan əsas məqam geyimlərin keyfiyyətli parçalardan hazırlanmasıdır:
Qovuran istilərdə optimal geyim tərzini necə seçməli? - "Hava keçirən, bizi tərlətməyən, bədənimizlə rahat təmasda olan parçalar seçməliyik. Qatqısız kətan və təbii ipək parçadan hazırlanan geyimlərə daha çox üstünlük vermək lazımdır. Sintetik və süni parçalardan yay ərzində uzaq durmalıyıq. Çünki bədənimiz hava ilə rahat təmasda olmalıdır".
Ş.Maqsudova qeyd edib ki, sintetik parçalar orqanizmimizdə bir çox xəstəliklərə səbəb ola bilər:
"Parçaların tərkibində süni qatqılar qəti şəkildə olmamalıdır. Orqanizmdə xəstəliklərə səbəb ola bilər. Sintetik parçalar xəstəliklər yaradır. Nəinki yay, başqa fəsillərdə də olmaz. Düşünürəm ki, hər kəs də bu çağırışa riayət etməlidir. Parçanın tərkibindən sonra biçimi və rəngi də əsas rol oynayır.
Bədənimizə kip oturan dar geyimlərdən istifadə etməməliyik. Günəşdən qorunmaq üçün çox açıq-saçıq olmamaq şərti ilə bədənə boş oturan geyimlərə üstünlük vermək məsləhətdir".
Modelyer 2023-cü ilin dəbindən söz açıb:
"Kətan və ipəkdən olan, həm birtonlu, həm də qarışıq xırda güllü, üzərində elementlər olan parçalar dəbdədir. Gen sarafan və donlar 2023-cü ilin dəbidir.
Lakin xanımlarımız mayka və "krop"lara daha çox üz tuturlar. Bu onların seçdiyi tərzdir. Amma dəb hesab olunmur. Oluna da bilməz. Geyindiklərinə fikir versək, görərik ki, 10 faiz insan yalnız dəbi izləyir. Ona görə də bu, normal haldır".
"Yay aylarında ümumiyyətlə qara, tünd rəngləri məsləhət görmürəm. Ən çox ağ rəng, açıq-çəhrayı, açıq-sarı, açıq-mavi rənglər seçimimiz olmalıdır. Ümumiyyətlə, açıq, ağ rəngli paltarlar Günəş şüalarını əks etdirir, tünd rəngli geyimlər isə Günəş şüalarını udaraq, bədənin hərarətinin artmasına səbəb olur", - deyə Ş.Maqsudova qeyd edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 14 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler