"Qraparak": Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyib

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən kənarlaşdırılması məsələsinin gündəmə gəldiyi iddia olunur.
KONKRET.az xəbər verir ki, "Qraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən yazır ki, Baş nazir Nikol Paşinyan Papikyanı yenidən müdafiə naziri təyin etsə də, ordudakı vəziyyətlə bağlı onun fəaliyyətindən ciddi narazıdır.
Nəşrin məlumatına görə, Paşinyanla Papikyan arasında sərt söhbət baş tutub. Hakim komanda daxilində isə hətta müdafiə nazirinin parlament spikeri Alen Simonyanın taleyi ilə üzləşə biləcəyi barədə fikirlər səsləndirilib.
Lakin iddiaya görə, Paşinyanın bu addımı atmaq üçün uyğun namizədi olmadığına görə belə qərar verməyib.
"Qraparak" yazır ki, baş nazirin narazılığı əsasən ictimai tənqidlər fonunda yaranıb. Son dövrlərdə orduda sülh şəraitində baş verən ölüm hallarının artması ilə bağlı müzakirələr fonunda Paşinyan müdafiə nazirinə irad bildirib.
İddialara görə, Paşinyan qeyd edib ki, hazırda müharibə yoxdur və Müdafiə Nazirliyi əsas diqqəti hərbçilərin mənəvi-psixoloji vəziyyətinə, daxili intizama və xidmət şəraitinə yönəltməlidir.
Qəzet həmçinin iddia edir ki, Müdafiə Nazirliyi orduda ölüm halları ilə bağlı real statistik məlumatları tam açıqlamır, bəzi hadisələri gizlədir və yalnız mediaya sızan hallarla bağlı məlumat verir.
Müdafiə Nazirliyinin isə bəzi ölüm hallarını hərbi xidmətlə bağlı olmayan hadisələr kimi təqdim etdiyi bildirilir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 06 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu şou biznes xəbərləri son xeber.az bugünki xəbərlər