Qripdən qorunmağın sağlam yolları - Xəstəlik sizdən gen qaçacaq
Qrip, influenza viruslarının səbəb olduğu və xüsusən qış aylarında yayılan yoluxucu bir infeksiyadır.
KONKRET.az musavat.com-a istinadən bildirir ki, qrip əsasən burun, boğaz və bəzən ağciyərlərə təsir edir.
Qripin əlamətləri belədir:
Yüksək hərarət (tez-tez 38°C-dən yüksək)
Baş ağrısı
Əzələ və bədən ağrıları
Zəiflik və yorğunluq
Burun tutulması və axması
Boğaz ağrısı
Quru öskürək
Qripdən qorunmaq üçün isə bir neçə effektiv tədbir görə bilərsiniz.
İmmuniteti gücləndirmək: Meyvə və tərəvəzlər, xüsusən də C vitamini ilə zəngin qidalar (portağal, limon, kivi, çiyələk və s.) immuniteti gücləndirir. Sarımsaq, zəncəfil və bal da təbii olaraq immunitet artırır.
Bol maye qəbul etmək: Bədəndə nəm səviyyəsini saxlamaq üçün su, bitki çayları və təbii şirələr içmək faydalıdır. Bu, bədənin infeksiyalarla mübarizə aparmasına kömək edir.
Yetərincə yatmaq: Yaxşı yuxu bədəni viruslara qarşı daha davamlı edir. Hər gün 7-8 saat yatmaq immun sistemini gücləndirir.
Əlləri tez-tez yumaq: Viruslar tez-tez əllərdən ağıza, buruna və ya gözlərə keçə bilir. Əlləri müntəzəm olaraq sabunla yumaq və ya spirt əsaslı antiseptiklərdən istifadə etmək infeksiyadan qoruyur.
İctimai yerlərdən çəkinmək: Xüsusilə qrip mövsümündə insanların sıx olduğu yerlərdən uzaq olmaq infeksiya riskini azaldır.
Peyvənd olunmaq: Qrip peyvəndi illik olaraq qripə qarşı qoruma təmin edir və xəstələnmə ehtimalını azaldır.
Fiziki aktivlik: Mütəmadi olaraq idmanla məşğul olmaq da immunitet sistemini gücləndirir və sağlam qalmağa kömək edir.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var