Qubada iki avtomobil toqquşub, ölən və yaralananlar var - VİDEO
Qubada iki avtomobil toqquşub, ölən və yaralananlar var - VİDEO
Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, insident Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "VAZ 2106" markalı minik maşını ilə "NAZ Lifan" markalı nəqliyyat vasitəsi toqquşub.
Zərbənin təsirindən "VAZ 2106" iki hissəyə bölünüb. Digər avtomobil isə deformasiyaya uğrayıb. Həmin maşının içərisində sıxılıb qalmış sürücünü çıxarmaq üçün dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub. Sürücü avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılardan Mahir Babayevin həyatını xilas etmək mümkün olmayıb. Qəzada xəsarət alan digər iki nəfər - Elmar Rzayev və Zaman Ramazanovun müalicəsi isə davam etdirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb