Qulu Məhərrəmli: "Xəzər", "Space" və "Lider" telekanallarında nöqsanlar hələ də var

Qulu Məhərrəmli: "Xəzər", "Space" və "Lider" telekanallarında nöqsanlar hələ də varQulu Məhərrəmli: "Xəzər", "Space" və "Lider" telekanallarında nöqsanlar hələ də var
Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunan formada təqdim olunur.
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan barədə danışarkən deyib:
"Reytinqi əsas tutaraq bütün işləri görmək çox ciddi nöqsanlara səbəb olur. Ümumiyyətlə, özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir", - deyə sədr bildirib.
Oxu.Az-a danışan teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, seriallarımızda xarici ölkələrin həyat tərzi Azərbaycan ailəsinə tətbiq olunur:
"Nuşirəvan Məhərrəmlinin serialla bağlı fikirləri ilə razıyam. Çünki bizim serial yaradıcılığımız lazım olan peşəkarlıq səviyyəsində deyil. Zəif ssenarilər hazırlanır, dramaturji material zəif olur. Bütün bunlarla yanaşı, həm də xarici ölkə olan Türkiyə, Latın Amerikası ölkələrinin həyat tərzi Azərbaycan ailəsinə tətbiq olunur. Yəni bu ailələri tanımaq olmur.
Cəmiyyət qarşısında pis niyyəti yoxdusa, bu, ailə dəyərlərini təbliğ eləmək əslində serialın məqsədidir. Amma bizdə əksinədir. Seriallarda elə ailələr göstərilir ki, orada qüsursuz ailə görmürsən. Sanki bütün ailələrin əxlaq, düşüncə, övlad və ya ciddi problemi var. 
Mən demirəm ki, senzura olsun. Hər halda ümumi olsa da, serialın ideasının nədən ibarət olduğunu bilmək lazımdır. Ona görə də qatar çıxıb gedəndən sonra onun getməyinə təəssüflənməyə dəyməz. Artıq o seriallar yayıma verilib, baxılır. Hesab edirəm ki, artıq onunla bağlı danışmağın o qədər də böyük effekti yoxdur".
Qulu Məhərrəmli "Xəzər", "Space" və "Lider" televiziyalarında nöqsanların hələ də olduğunu qeyd edib:
"Son aylarda televiziyalarla bağlı verilişlərin tənqid olunması müəyyən dərəcədə öz təsirini göstərib. Bəzi özəl televiziyalarda deyilənlər nəzərə alınır. Amma "Xəzər", "Space" və "Lider" televiziyalarında nöqsanlar qalıb. Onlarında aradan qaldırılması üçün addımlar atılmalıdır.
Əsas nöqsan səviyyənin aşağı olmasıdır. Bayağı, şit danışıqlar, məişət düşüncəsinin ekranlara daşınması, insanların şəxsi həyatının şouya çevrilməsi, süni yolla gülüş və ya dramaturji gərginlik yaratmaq hesabına insanlar ələ salınır".
Əməkdar jurnalist televiziyalarda aparıcı davranışlarının da çox qıcıqlandırıcı olduğunu da əlavə edib:
"Onların nitqi, danışığı, adamlara yanaşma tərzi, dioloq qura bilməməsi, yuxarıdan aşağı baxış, etik normadan kənarlaşma buraya daxildir. Bunların hamısı bir çox özəl televiziyalarda ciddi nöqsan olaraq qalır".
Sevinc Yasinqızı /oxu.az

Sosial       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele valyuta mezennesi son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər