Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLAR

Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLAR44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorları nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişdi, yüzlərlə fərdi yaşayış evlərinə ciddi ziyan dəydi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ziyan dəyən evlər bərpa edilərək sakinlərin ixtiyarına verilir. İstifadəyə verilən evlərdən biri də Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğluna məxsus yeni fərdi yaşayış evidir. Beş otaqdan ibarət yaşayış evinə ŞİH tərəfindən yeni əşyalar və  mebellər alınıb, həyətə tamet daşları düzülüb, abadlıq işləri aparılıb. 
Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov müqəddəs Qurban bayramını şəhid ailələri və qazilərlə birgə şəhid Qurbanovların ailəsində yeni mənzildə qeyd edib. 
Tədbirdə  ŞPŞ-nin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Naftalan Cümə Məscidinin imamı Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər və digər məsul əməkdaşlar iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ŞİH-nin başçısı çıxışında, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini vurğulayaraq  bildirib ki, Müzəffər Ali Baş Komandanımızın və Rəşadətli Ordumuzun Vətən Müharibəsindəki Zəfəri xalqımızın əyilməz ruhunun təntənəsidir. Həmçinin, şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlar ifadə olunub.  
ŞİH-nin təşkilatçılığ ilə keçirilən tədbirdə ənənəyə uyğun olaraq qurban kəsilib, dualar oxunub. Sonda iştirakçılara bayram sovqatları təqdim olunub.
Nadir Qurbanov müqəddəs bayramı yeni evində onunla birlikdə qeyd etdiklərinə görə öz dərin minnətdarlığını ifadə edib. 
Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə erməni terrorçularının atdığı top mərmisi nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğlunun ikisi uşaq olmaqla 5 ailə üzvü həyatını itirib. 
Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLARQurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLARQurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLARQurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLARQurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLARQurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLAR

İqtisadiyyat       Tarix: 07 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber az valyuta mezenesi xeberlər meherremlik 2026