Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub

Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olubTürkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib.
Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir. Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin "I Love Baku" brendinin, "Azərpoçt" MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur. Kitab satışına əlavə olaraq birinci mərtəbədə "Coffeemood" adlı kafe fəaliyyət göstərir.
Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.
Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün "Oxu" saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.
Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunub. / azxeber.com

Siyasi       Tarix: 16 iyul 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər