Qurudulmuş məhsullarda olan GİZLİ TƏHLÜKƏ

Qurudulmuş məhsullarda olan GİZLİ TƏHLÜKƏQuru meyvələr, tərəvəzlər, çərəzlər, ədviyyatlar ilboyu istifadə olunsa da, onlara tələbat payız-qış mövsümündə daha da artır. Mütəxəssislər hesab edir ki, düzgün şərtlərlə, qaydalara uyğun qurudulmuş və saxlanılan meyvə-tərəvəzlər hətta təzələrdən də faydalı təsirlərə malikdir. Qurudulmuş meyvə və tərəvəzlər üçün ən böyük təhlükələrdən biri isə kif göbələyi olan aflatoksindir. Bu, gizli təhlükə hesab olunur.
KONKRET.az xəbər verir ki, qidalanma mütəxəssisləri bu göbələyin bir çox xəstəliyə səbəb olduğunu söyləyirlər. Amma orqanizmə uzun müddətdə aflatoksin daxil olması daha çox qaraciyərin zədələnməsinə və qaraciyər xərçənginə səbəb olur.
Türkiyədən olan dietoloq Gözde Güzelcan insanları qurudulmuş meyvə və tərəvəzlərdə rast gəlinən bu göbələyə qarşı diqqətli olmağa çağırıb. Aflatoksin göbələklərinin bir çox xəstəliyə səbəb olduğunu ifadə edən mütəxəssis qeyd edib ki, kanserogen təsiri olan aflatoksin, hepatit, HİV kimi xəstəliklərə də səbəb olur. Bu göbələk immunitet sisteminə təsir edərək lazımlı vitamin və mineralların təsirlərinin azamasına da səbəb olur.
Mütəxəssis deyib ki, bayırda, açıq havada satılan quru məhsulların hansında bu göbələyin olduğunu bilmək mümkün deyil, bu səbəbdən həmin məhsulların mümkün qədər evdə qurudulması daha faydalı olar. Evdə qurudulan məhsulları isə quru yerdə, nəm olmayan mühitdə saxlamaq lazımdır ki, kiflənməsin.
Qeyd olunub ki, əncir, albalı, alma, gilas, eləcə də qurudulmuş pomidor, bibərdə aflatoksin olma ehtimalı daha yüksəkdir. Xüsusilə quru bibər aflatoksin riski çox olan ədviyyatdır.
Dietoloq açıq yerlərdə satılan qurudulmuş qidalardan çəkinmək lazım olduğunu deyib. Onun sözlərinə görə, etibarlı şirkətlərin qablaşdırılan məhsullarına üstünlük verilməlidir. Bu səbəbdən insanlar açıq satılan yox, qablaşdırılmış məhsulları almalıdırlar.

Sağlamlıq       Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber kriminal ən son xəbərlər şou biznes xəbərləri