Qvineya-Bisaunun Prezidenti 'ASAN xidmət'də olub
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qvineya-Bisau Respublikasının Prezidenti "ASAN xidmət"i çox əhəmiyyətli layihə kimi qiymətləndirib. O, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qvineya-Bisau Respublikası Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum "ASAN xidmət" təcrübəsinin Qvineya-Bisau Respublikasında tətbiqini, eləcə də Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.
Görüş çərçivəsində nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub. / azxeber.com

Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Yay aylarında bu balıqları yeməyin
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
Sumqayıtda yaşayış binasında partlayış: Yaralılar var
Kimlərə qarğıdalı yemək olmaz?
"Qarabağ"ın Avstriyadakı oyunu ləğv olundu
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi