Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMA

Rafael Cəbrayılovun borclarını kim ödəyəcək? - AÇIQLAMAVəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan, bu gün müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edən Milli Məclisin sabiq üzvü Cəbrayılov Rafael Kamil oğlu barəsində açılan cinayət işinə xitam verilə bilər.
Azxeber.com xəbər verir ki, bu barədə oxu.az-a Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
Vəkilin sözlərinə görə, cinayət təqibini istisna edən hallardan biri də şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsidir:
"Bu halda onun barəsində cinayət təqibinə xitam verilir. Ancaq burada ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilir. Yəni, məhkəmə baxışının gedişində cinayət təqibinə şəxsin ölümü ilə əlaqədar xitam verilirsə, buna ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda isə müdafiəçinin razılığı ilə yol verilir.
Təqsirləndirilən şəxsin hüquqi varisi onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri hesab edilir.
Qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxs öldükdə cinayət prosesini həyata keçirən orqan şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir.
Təqsirləndirilən şəxsin hüquqi varisi ölmüş şəxsin həmin cinayəti törətmədiyini və cinayət təqibinin davam etməsini istəyirsə, cinayət təqibi davam edir. Məhkəmədə həmin şəxsə qarşı ittihamlar təsdiqini tapmasa, ölmüş şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir".
Vəkil mərhumun borcları ilə bağlı məsələnin tənzimlənməsi ilə bağlı məsələyə də münasibət bildirib:
"Əgər şəxs dünyasını dəyişən zamana qədər hər hansı borcu varsa, həmin borc onun mirasını qəbul etmiş şəxslərə keçir. Qanunla onun mirasını kim qəbul edirsə, həmin borcların ödənilməsini də o həyata keçirməlidir. Təbii ki, əgər mirası qəbul edən şəxs varsa".
Qeyd edək ki, mətbuatda yayılan və indiyədək təkzib edilməmiş məlumatlara görə, Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların ümumilikdə 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar;
Məlahət Qurbanova - 580 000 dollar;
Xatirə Nəcəfova - 200 000 dollar;
Yusif Orucov - 200 000 dollar;
Aynur Kazımova - 100 000 dollar;
Şəfa Məmmədova - 80 000 dollar;
Bəşir Məmmədov - 60 000 dollar;
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Sosial       Tarix: 30 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat xeberler bu qun qarabag bugünkü son xəbərlər