Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...

Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...Artıq çəkidən qurtulmaq istəyənlər üçün pəhrizdən çox gündəlik həyat tərzinə çevrilən "Karatay qidalanma üsulu" ilə Ramazan ayı boyunca da ideal çəki və bədən formasını saxlamaq mümkündür.
Milli.Az xəbər verir ki, toxluq hissi ilə birlikdə piylərin sağlam şəkildə əriməsini təmin edən bu üsul həm doyurucu, həm də bəsləyici qidaları özündə ehtiva edir.
Daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatay tərəfindən hazırlanan bu proqram çərçivəsində gündə maksimum 3 dəfə qidalanma tövsiyə olunur. İdeal nahar sayı isə 2-dir. Yemək saatları arasında 4,5-5 saat zaman tələb olunan proqramda rafinə edilmiş qidalardan uzaq durmaq və mövsümündə yetişmiş bitkilərlə, heyvan mənşəli məhsullarla qidalanmaq üstünlük təşkil edir.
Ümumi tövsiyələr:
Axşam yeməyində buğlama, soba və ya yağsız qızartma üsullarından istifadə edilməlidir. Bu menyuda çörək, düyü, makaron və kartof kimi qidalara yer verilməməlidir.
Naharlar arasında ayran, şəkərsiz çay və şəkərsiz qəhvə içmək variantları mövcuddur. Yemək yeyərkən içkidən istifadə tövsiyə olunmur.
Gün ərzində 1 dəfə meyvə yeyilməsi nəzərdə tutulur.
Səhər yeməyi bütün zamanlardan daha çox önəmlidir. Yüksək miqdarda protein və kalorisi zəngin qidalar yeyilməlidir.
Karatay pəhrizi ilə neçə kilo çəki itirilir?
Sınayan bir çox insanın təcrübəsinə əsasən, bu üsulla 2 həftədə 5, 4 həftədə 12 kiloqrama qədər çəki itirmək mümkündür. Həm də geri qayıtmaması şərtilə.
Karatay pəhrizində qadağan olunan qidalar:
*Taxıl məhsulları
*Şəkərli içkilər
*Paketlənmiş məhsullar
*Süni dadvericilər
*Düyü və kartof
*Qovrulmuş çərəzlər
*Kolbasa, sosiska kimi hazır ət məhsulları
Sərbəst miqdarda qəbul edilə biləcək qidalar:
Qoz, heyva, səbzə, badam, çiyələk, alma, zeytun yağı, fındıq, albalı, bulqur, fındıq yağı, kərə yağı, qazlı su, şaftalı, qatıq.
1 həftəlik sağlam qidalanma menyusu
Səhər:
1 ədəd qaynadılmış yumurta və ya 2 ədəd omlet
1-2 dilim pendir
8-10 ədəd zeytun (zeytun yağı)
1 fincan qoz və ya fındıq
Günorta:
Aclıq hiss etmirsinizsə, 1 porsiya meyvə, 1 ovuc fıstıq, qoz, badam (qabığı ilə birlikdə yeyilən lifli meyvələr tövsiyə olunur)
Axşam:
Yağsız qızardılmış balıq və ya qırmızı ət
Zeytun yağlı mövsüm salatı
1 kasa qatıq
İncə məqamlar:
Hər gün 2-3 litr su içmək
Axşam 8-dən sonra qida qəbulunu dayandırmaq
Yeməkləri az odda bişirmək
Qazlı və alkoqollu içkilərdən uzaq durmaq
Hər gün 40-60 dəqiqə yürüş. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun