Ramid Namazov: Azərbaycana qarşı hibrid hücumlar Aİ və Fransadan qaynaqlanır

Ramid Namazov: Azərbaycana qarşı hibrid hücumlar Aİ və Fransadan qaynaqlanır"Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycan hər zaman qarşılıqlı hörmət əsasında formalaşan, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə uyğun, bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olub. Bu yanaşma həm Aİ ilə imzalanan sənədlərdə, həm diplomatik danışıqlarda, həm də parlamentlərarası münasibətlərdə gözlənilib".
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov bildirib.
O deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, Aİ institutları bəzi Qərb dairələrinin hibrid təhdid alətinə çevrilərək, ölkəmizə qarşı istifadə olunmağa başlandı:
"Azərbaycana qarşı hibrid hücumlar əsasən iki mənbədən: Aİ və Fransa kimi ölkələrdən qaynaqlanır. Xüsusi araşdırmada müəyyən etdiyimiz kimi, demək olar ki, bütün anti-Azərbaycan addımların arxasında ermənipərəst mövqeyi ilə seçilən Cozep Borel və birbaşa onun tapşırıqlarını həyata keçirən şəxslər dururdu. Digər tərəfdən isə Fransanın ermənipərəst siyasətçilərin fəaliyyətlərini qeyd etmək olar. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın qənaətinə görə, Azərbaycana qarşı hibrid hücumlarda istifadə olunan alətlərdən biri Avropa Parlamenti və digər Aİ ölkələrinin parlamentlərində aparılan anti-Azərbaycan debatlar, dinləmələr, hazırlanan qətnamə layihələri və ya qəbul edilən qətnamələrdirsə, digər vasitə Avropa İttifaqının Ermənistandakı Missiyası vasitəsilə edilən həmlələrdir".
Deputatın sözlərinə görə, Avropa Parlamentinin qətnamələrində EUMA-ya tam dəstəyin verilməsi və Natali Luazo kimi üzvlərinin Missiyanı sahədə "ziyarət" etməsi isə bu fəaliyyətlərin əlaqələndirilmiş formada aparıldığının bariz nümunəsidir:
"Aİ, xüsusən də Fransa regionda strateji hədəflərini həyata keçirmək və gündən-günə artan geosiyasi maraqlarını təmin etmək üçün gələcək illərdə EUMA-nı rəsmi şəkildə hərbi missiyaya çevirmək, burada hərbi mövcudluqlarını bərqərar etmək məqsədini qarşılarına qoyublar. Yeri gəlmişkən, Aİ-nin özünün, eləcə də NATO-nun hibrid təhdidlərlə bağlı verdiyi anlayışda bu cür fəaliyyətlər hibrid təhdid olaraq qəbul edilir".

Siyasi       Tarix: 25 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar az maşın realiti şou hava haqqinda xeberler bu qun