Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb - FOTO
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a bildirilib ki, görüşdə hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri də iştirak edib.
Videobağlantı zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Danışıqlarda Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı görüləcək işlər müzakirə olunub. Sözügedən körpünün tikintisinin həyata keçirilməsi üçün müqavilə-hüquq bazasının yaradılması məqsədilə Hökumətlərarası Anlaşma Memorandumu layihəsinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsinə dair razılığa gəlinib.
Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) - Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.
Videogörüşdə, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələri, Şimal - Cənub Nəqliyyat Dəhlizi, İran ərazisində həyata keçirilən layihələr, gələcəkdə yükdaşımaların inkişaf etdrilməsi məsələləri müzakirə olunub.
Sonda tərəflər "COVID-19" pandemiyası şəraitində keçirilən onlayn müzakirələrin tezliklə ənənəvi görüşlərlə əvəz olunacağına ümidvar olduqlarını bildiriblər.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar