Ramiz Mehdiyev klanına qarşı "təmizləmə əməliyyatı" sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də

Ramiz Mehdiyev klanına qarşı Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailəsinə və klanına daxil olan şəxslərə qarşı dövlət səviyyəsində aparılan inventarlaşdırma prosesi yeni mərhələyə keçib.
Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da artıq vəzifədən azad edilib. Belə ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin əmri ilə Q.Mehdiyeva Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. Musavat.com-un əldə etdiyi məlumatlara görə, son həftələrdə Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olan şəxslər bir-bir vəzifələrdən çıxarılır, bir qismi isə artıq istintaqa cəlb olunub. Bu proses Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə daha da genişlənib, ciddi xarakter alıb. Mötəbər qaynaqlara görə, Rzayev Mehdiyev klanının təsir dairəsində fəaliyyət göstərirdi.
Yenə həmin mənbələr bildirir ki, Mehdiyev klanına qarşı fəaliyyət göstərən istintaq qrupu artıq geniş dairəni müəyyənləşdirib və ardıcıl ifadələr alınır. Klanın illər ərzində qurduğu təsir mexanizmləri, gizli iqtisadi şəbəkələri və idarəetmə bağlantıları bir-bir ifşa edilir.
Əldə olunan eksklüziv məlumata əsasən, bu istiqamətdə yaxın günlərdə yeni həbslərin həyata keçirilməsi gözlənilir. Daha yüksək səviyyəli, toxunulmaz hesab edilən şəxslərə qarşı tədbirlərin isə 8 Noyabr – Zəfər Gününün 5 illiyi qeyd olunduqdan sonra başlanacağı bildirilir.
Hazırda Mehdiyev ailəsinin vəzifədə qalan son yaxın qohumlarından biri onun oğlu, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevdir. Mənbələrə görə, o da növbəti mərhələdə vəzifədən azad ediləcək.
Bəlli olduğu kimi, Ramiz Mehdiyev klanının əsas maliyyə koordinatoruluğunu və "beyin mərkəzi" funksiyasını onun kürəkəni, sabiq deputat və iş adamı İlham Əliyev görür. O, ailənin biznes maraqlarını idarə edir, gəlirləri toplayır, bölüşdürür, həmçinin "klan beyni" kimi bütün əlaqələri koordinasiya edir.
Kürəkən İlham Əliyev klanın "qara qutusu" adlandırılır – Mehdiyevin bütün maliyyə və təsir rıçaqları onun əli ilə idarə olunur. Onun jurnalistlərlə kobud davranışları, mediaya təzyiqləri və özünü "toxunulmaz" hesab etməsi bu etimaddan qaynaqlanır. Mehdiyevin kürəkəninin də istintaqa cəlb olunması artıq gündəmdədir. Onun yaxın günlərdə dindirilməsi, hətta həbs olunması istisna edilmir.
Beləliklə, Ramiz Mehdiyev klanına qarşı dövlətin səssiz, amma qətiyyətli təmizləmə əməliyyatı davam edir. İllərlə qurulmuş köklü şəbəkənin addım-addım sökülməsi prosesi gedir. / azxeber.com

Siyasi       Tarix: 02 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber son xeberler bugun 2026 canli qurban bayrami 2026 en sonxeber