Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLAR

Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 4 il öncə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq zəfər tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və suverenliyimizin təmin olunmasına yol açıb.
azxeber.com xəbər verir ki, 8 Noyabr - Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi kimi tarixə düşüb. Bu tarixi zəfərimizin ildönümü, eləcə də  9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü region gəncləri böyük sevinclə qeyd ediblər. 
Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarda fəaliyyət göstərən 11 regional nümayəndəliyi və 44 bölməsində müxtəlif tədbirlər həyata keçilib. İlk olaraq Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Abidə kompleksi region gəncləri tərəfindən ziyarət olunub. 
Daha sonra müxtəlif rayonlarda dəyirmi masa və görüşlər keçirilib. Müharibə iştirakçıları, qazilər və ekspertlərin iştirakı ilə baş tutan görüşlərdə müharibənin gedişatı, uğurlu əks-hücum əməliyyatı, zəfərimizdən sonra böyük qayıdışa atılan inamlı addımlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən dirçəldilməsi haqqında gənclər məlumatlandırılıb. Həmçinin şəhid və qazi ailələri ziyarət edilib.
Eyni zamanda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə gənclər arasında şanlı qələbəmizə həsr olunmuş "Zəfər kuboku" adlı intellektual yarış, şahmat yarışı,  "Qədim Azərbaycan" adlı pazl yarışı təşkil edilib. Fərqlənən gənclər diplomlarla təltif edilib. Mərkəzlərdə gənclər üçün Zəfər Gününə həsr edilmiş "Kod adı:Yaşma", "Zəfərin səsi", "Şuşa, sən azadsan!" filmləri nümayiş etdirilib.
Baş tutan tədbirlər gənclərimizdə vətənpərvərlik və azərbaycançılıq hisslərinin formalaşmasına kömək etmək məqsədi daşıyıb.
Bu gün şanlı bayrağımızın bütöv Azərbaycan üzərində qürurla dalğalanması ilə hər bir Azərbaycan gənci fəxr edir!
Region gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLARRegion gəncləri Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd edib - FOTOLAR

Sosial       Tarix: 08 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevi

Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanad

Göygöldə evdən meyit tapıldı

Göygöldə evdən meyit tapılıb. 1958-ci il təvəllüdlü G.Həmzəyevin qeydiyyatda olduğu evdən meyiti tapılıb. O, evdə tək yaşayırmış. Ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. /

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Suraxanıda maşın yandı

Suraxanı rayonunda minik avtomobili yanıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, Yeni Günəşli qəsəbəsi ərazisində avtomobil qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəl


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe gunun xeberleri cəbhədən son vəziyyət xabar az