Rejissor Emil Quliyev: "Tamaşaçıların istəyi ilə "Körpü" serialını davam etdirmək qərarına gəldik" - AÇIQLAMA

Rejissor Emil Quliyev: Rejissor Emil Quliyev: "Tamaşaçıların istəyi ilə "Körpü" serialını davam etdirmək qərarına gəldik" - AÇIQLAMA
"Tamaşaçıların istəyi ilə "Körpü" serialını davam etdirmək qərarına gəldik".
Bu barədə Oxu.Az-a "Körpünün o tayında" serialının rejissoru Emil Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu mövsümdə hadisələr körpünün o tayında baş verir:
"Ümumiyyətlə, "Körpü" film kimi görünsə də, serialdır. Tamaşaçıların istəyini nəzərə alıb, "Körpü" serialının davamını çəkdik. Adından göründüyü kimi bu mövsümdə hadisələr körpünün o tayında baş verəcək. Körpü keçid rolunu oynayır. "Körpü" serialında ruhları digər tərəfə keçirirdilər. Bu mövsümdə qəhrəmanları körpünün o tayına yollayırıq. Hara keçdiklərini bilməsək də, o taya keçiririk".
Rejissor "Körpünün o tayında" serialının süjet xəttindən bəhs edir:
"Yeni mövsümdə qəhrəmanlar arasında dəyişikliklər var. Lakin ötən mövsümdən qalanlar da var. Heyətin bəziləri qalmaq şərti ilə əksəriyyət dəyişib. İki baş qəhrəman var. Çox maraqlı aktyor və aktrisalarımız var imiş. Şübhəm yox idi. Amma birlikdə işləyəndən sonra görürsən ki, filmlərə çəkilməmiş maraqlı simalar var.
Süjet xəttindən yalnız bunu deyə bilərəm. Bu dəfə hadisələr körpünün o tayında baş verir. Bizim baş qəhrəman bir problemlə üzləşir. Problemin həllini burada axtarırlar. Lakin tapa bilmirlər. Qərara gəlirlər körpünün o tayına keçsinlər. Serial yeni mövsümdə ekranlara çıxacaq. İTV-də yayımlanacaq".
Qeyd edək ki, "Körpü" filmi 2022-ci ilin dekabr ayında yayımlanıb. Serial komediya və dram janrındadır. Serial 8 seriya davam edib. Rejissoru Emil Quliyev, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovdur. Serial borclarını ödəyə bilməyən, hər zaman əli darda olan Mamedin (Nofəl Şahlaroğlu) həyatı ilə başlayır. Aktyor kimi fəaliyyət göstərən Mamedin işləri heç vaxt doğru düzgün getmir. İşlərin qaydasında getmədiyi ərəfədə, heç kimsənin görə bilməyəcəyi yalnız tilsimli təsbehi əlinə alan şəxslərin görə biləcəyi Süleyman Elnur Hüseynov adlı ruhla tanış olur.
Nəzrin Vahid

Maraqlı       Tarix: 03 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler