Rəsmi Bakıdan Fransanın Ermənistandakı səfirinə cavab

Rəsmi Bakıdan Fransanın Ermənistandakı səfirinə cavabFransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin növbəti dəfə ərazilərimizin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması, Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın "yarımçıq sülh" fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar sərgiləməsi ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın "İctimai radiosuna" müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara cavabında bildirib.
"Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir", – XİN rəsmisi vurğulayıb.
Ayxan Hacızadə qeyd edib ki, səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir:
"Xüsusilə qeyd edək ki, sülh müqaviləsinin Almatı bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir. Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir.
Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır".

Siyasi       Tarix: 24 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar