Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB
Rəsmi Bakıdan Mnatsakanyana - CAVAB
Əslində, Ermənistan Xarici İşlər naziri (Zöhrab Mnatsakanyan) yeni heç bir fikir söyləməyib. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır.
Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
O bildirib ki, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur. Sonra da iddia edir ki, "bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var.
"Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni nazir görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param- parça olduğunu, adlarının məcburi köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox! Əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı, münaqişənin həlli istiqamətində real addımlar atılardı".
L.Abdullayeva bildirib ki, həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir.
"Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur. Həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur. Bunu da ən yaxşı Ermənistan bacarır"
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı