Restoranların bizə təklif etdiyi ucuz setlərin təhlükəsi var?

Restoranların bizə təklif etdiyi ucuz setlərin təhlükəsi var?Bir çox kafe və restoranlarda müştərilər üçün nəzərdə tutulan endirimli setlər mövcuddur. Təklif olunan qida seçimini və içkilərin həcmini nəzərə aldıqda, qiymətlərin olduqca aşağı olması heyrət doğurur. Xüsusilə ətli xörəklərin keyfiyyətcə aşağı olması şübhəsi var. Buna görə də setdən istifadə etməyə bəziləri tərəddüd edir. 
KONKRET.az bildirir ki, mövzu ilə Yenisabah.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, ucuz setlərin demək olar ki, heç bir ziyanı yoxdur:
"COP29-la bağlı bir çox sahələrdə işlər müvəqqəti dayanıb və insanların çoxu istirahət üçün müxtəlif yerlərə gedib. Bu isə restoranların müştəri bazasına mənfi təsir göstərir. Restoranlar əllərində olan ətin və digər qida məhsullarının xarab olmasını əngəlləmək və tez satmaq üçün aşağı qiymətlərə müxtəlif setlər hazırlayır. Bundan həm müştərilər məmnun qalır, həm də restoran ərzaq bazasını yeniləyə bilir.
Onların pis ətdən istifadə etdiyini desək, insafsız olarıq. Artıq AQTA nəzarəti elə gücləndirib ki, ölkədə keyfiyyətsiz ət satanlar demək olar ki, yoxdur. Odur ki, ucuz set menyularının heç bir ziyanı yoxdur. Əksinə, faydası var ki, insanlar ailələri ilə birlikdə bu cür endirimlərdən istifadə edə bilir".
Ağa Salamov qeyd edib ki, hazırda restoranlar arasında güclü rəqabət var və endirimli setlərin təklif edilməsi də daha çox müştəri cəlbinə hesablanıb:
"Əlbəttə, elə yerlər var ki, oralarda pis ətlər satılır. Belə istisnalar var. Yenə deyirəm, əsas məsələ ətin keyfiyyətidir. Restoranlar əti AQTA-nın nəzarəti altında olan kəsim məntəqələrindən almalı və düzgün şərtlər altında saxlanmasına diqqət etməlidir. Bu zaman setin də heç bir problem yoxdur.
Hazırda ictimai-iaşə bazarında ciddi rəqabət var. Hər tin başında restoran yerləşir. Belə olduqda isə sahibkarlar müxtəlif marketinq üsullarına əl atır. Set menyular müştəri cəlb etmək baxımından olduqca effektivdir".

Sağlamlıq       Tarix: 22 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber xeber.az son xeberler dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat