Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdurRobert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur
Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur. 
AZƏRTAC xəbər verir ki, dəftərxanası vasitəsilə "Sputnik Armenia" agentliyinə müsahibə verən Koçaryan sürətlə dəyişən qlobal siyasi proseslər fonunda ermənilərin gələcəyi ilə bağlı bədbin proqnozlar verib.
Koçaryan qeyd edib ki, son aylar NATO-nun etirazlarına rəğmən Türkiyənin Şimali Suriyada hərbi əməliyyatlar aparması və Rusiya ilə birgə hərəkət etməsi, habelə Moskvanın keçirdiyi Afrika sammiti yeni çoxqütblü dünyanın formalaşdığını göstərir. Paşinyan hökumətinin terrorçu reputasiyası olan "Sasna tsrer" təşkilatından dəstək almasını pisləyən keçmiş dövlət başçısı Rusiya ilə Qərbin arasında mövqesiz və qeyri-müəyyən siyasi reveransın da təhlükəli olduğuna işarə edib. Hökumət üzvlərini Vaşinqtondan qrant almaqda ittiham edən sabiq prezident vurğulayıb ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını istəyənlər ermənilərin məhv olacağı təhlükəsini nəzərə almırlar. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türkdilli Ölkələrin Sammitində Zəngəzurun Azərbaycan torpaqları olması barədə sözləri də təsadüfən söylənilməyib. "Bu, türk xalqlarının məskunlaşdığı ərazilərin davalı olmasına doğru atılmış bir addımdır", -deyə Koçaryan əlavə edib. O, həmçinin qeyd edib ki, son illər daha da güclənən Türkiyə-Azərbaycan münasibətləri Ermənistanın və Dağlıq Qarabağda qondarma rejimin gələcəyi üçün təhlükədir.
Sabiq prezident Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibəni də rüsvayçı adlandırıb. Əlavə edib ki, Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda mövqeyi getdikcə zəifləyir. "Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə!" bəyanatı bizi danışıqlarda yenidən dövlətlərin ərazi bütövlüyü prinsipinə qaytarıb. Bu, çox səhv addım idi... Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, nizamlanma prosesində aydın ifadə edilən mövqe olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Həmsədrlərin bəyanatlarında da bunu görmək mümkündür", - deyə Koçaryan vurğulayıb. O əlavə edib ki, bütün bunlar Azərbaycana danışıqların mənasız olması iddiası irəli sürərək hərbi əməliyyatlar vasitəsilə ərazi bütövlüyünü bərpa etmək hüququ verir.
Koçaryan Qarabağ erməniləri ilə Ermənistan elitası arasında münasibətlərin gərgin olduğunu da diqqətə çatdırıb. O iddia edib ki, Ermənistanda büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin də 20 faiz azaldılması hökumətin əlacsız olmasının göstəricisidir. /oxu.az

Siyasi       Tarix: 08 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi sonxabar az xeber en son xəbərlər bugün