Ronaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTO

Ronaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTO
2022-ci il futbol üzrə dünya çempionatının başlanmasına saatlar qalmış Kriştianu Ronaldu və Lionel Messinin eyni vaxtda paylaşdıqlarıfoto gündəm yaradıb.
İki ulduzun birlikdə şahmat oynadığını əks etdirən foto qısa zamanda böyük rəğbət qazanıb. Ronaldu və Messinin eyni vaxtda öz hesablarından paylaşdıqları bu görüntü ümumilikdə 63 milyondan çox bəyənmə toplayıb.
Maraqlı foto ilə bağlı həqiqət isə sonradan üzə çıxıb.
Belə ki, Ronaldu və Messinin çəkiliş üçün bir araya gəldikləri düşünülsə də, fotonun pərdəarxası görüntüləri məyus edib. Ronaldu və Messi sosial media hesablarında çəkilişdən videoları paylaşıblar. Görüntülərdən məlum olub ki, onlar heç də bir araya gəlməyiblər, hətta çəkilişlər də müxtəlif yerlərdə aparılıb.
Messinin pərdəarxası görüntülərində divar kağızlarının naxışlı, Ronalduda isə fonun sadə olduğu görünür. Ulduz futbolçular çəkiliş zamanı şahmat taxtası arxasında təkbaşına poza veriblər.
Müxtəlif vaxt və məkanlarda çəkilən şəkillər virtual formatda birləşdirilib və qeyd edilən foto ərsəyə gəlib.
Brendin sosial media hesabından paylaşılan pərdəarxası videolar isə qısa müddət sonra silinib.
Foto ilə bağlı həmçinin başqa məqam da məlum olub. Belə ki, şahmat taxtasındakı fiqurların düzülüşü də diqqət çəkib. Bununla bağlı ilkin ehtimallardan biri kimi fiqurların mövqeyinə görə kimin qalib gələcəyi fikri irəli sürülüb, lakin həqiqətin başqa cür olduğu anlaşılıb.
Şəkildəki şahmat fiqurlarının düzülüşü Maqnus Karlsen və Hikaru Nakamura arasında 2017-ci ildə "Norway Chess"in 3-cü tur matçındandır. 40 gedişdən sonra Nakamura (qara) və Karlsen (ağ) heç-heçə ilə razılaşaraq şahmat taxtasını tərk ediblər.
Ronaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTORonaldu və Messinin birgə görüntüsünün arxasındakı məyusedici həqiqət üzə çıxdı - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 21 noyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun krimnal bugun son xabar meherremlik 2026