Rövşən Allahverdiyev: "Uğurlu idarəçi verdiyi qərarların arxasında dayanmağı bacarmalıdır" - VİDEO

Rövşən Allahverdiyev: "Uğurlu idarəçi verdiyi qərarların arxasında dayanmağı bacarmalıdır" - VİDEORövşən Allahverdiyev: "Uğurlu idarəçi verdiyi qərarların arxasında dayanmağı bacarmalıdır" - VİDEO
Uğurlu idarəçiliyin təməl şərtlərindən biri yüksək şəxsi keyfiyyətlərə malik olmaqdır. Əlbəttə, xeyli sayda insanı bir heyətdə birləşdirən dəyər təkcə peşə bilikləri, püxtələşmiş təcrübə ola bilməz. Çalışdığın insanlarla əməkdaşlığın, münasibətlərin dayanıqlı meyarlar əsasında qurulması sistemin zəmanətli yüksəlişi deməkdir. "Yüksəliş" müsabiqəsi məhz bu bacarıqları hədəfləyən, Azərbaycanın güclü rəhbər heyətindən () ibarət komandanı birləşdirərək, gələcəyin idarəçiləri üçün də yeni imkanlar yaratmış olub.
Müsabiqənin idarəçi rəhbərləri arasında yer alan "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uğurlu idarəçilərin iş mexanizmi, şəxsi keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüb: 
"Uğurlu idarəçi qərar verməyi bacaran, verdiyi qərarların arxasında dayanan, öz əməkdaşlarını inkişaf etdirən, çalışdığı şirkətin dəyərlərini yaşayan və yaşadan şəxs olmalıdır". 
İdarəçi olmaq asan deyil
Rövşən Allahverdiyev idarəçi olmaq istəyən şəxslərin xüsusi öhdəliklərinin olduğunu və onların bu məsuliyyəti düzgün bölüşdürmə bacarığını da individual üstünlük kimi dəyərləndirdiyini bildirib: 
"İdarəçi olmaq asan deyil, çünki sən artıq başqalarının gördüyü işə görə də məsuliyyət daşıyırsan və müxtəlif insanları bir arada tutmağı, onlarla birlikdə nəticə əldə etməyi bacarmalısan". 
O, həmçinin, idarəçi olmaq istəyən şəxslərə daim öz üzərində işləməyi, dəyişikliklərə açıq olmağı, öz həmkarlarına dəstək göstərməyi tövsiyə edib. 
"Kapital Bank"ın İdarə Heyətinin sədri "Yüksəliş" müsabiqəsinin iştirakçılarından böyük gözləntilərinin olduğunu bildirib: 
"Ümumiyyətlə, bu layihənin nəticəsi olaraq güclü kadr ehtiyatının yaranmasını hədəfləyirik və iştirakçılardan əsas gözləntim gələcəkdə ölkənin inkişafına töhfə versinlər, həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirsinlər və idarəetməyə bir fərqlilik gətirsinlər".

/oxu.az

Sosial       Tarix: 17 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri