Rumıniya XİN başçısı: 'Azərbaycan Avropa İttifaqı üçün mühüm rola malikdir

Rumıniya XİN başçısı: 'Azərbaycan Avropa İttifaqı üçün mühüm rola malikdir"Bu görüşdə olmaq və müzakirə aparmaq bizim üçün böyük şərəfdir, bu təklifi qəbul etdiyiniz üçün təşəkkür edirik. Üç nazir, xüsusi nümayəndə və Avropa İttifaqının xarici əlaqələr xidmətindən olan həmkarlarımızın ölkənizə səfərə gəlməsi cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir".
Azxeber.com xəbər verir ki, bu fikirləri Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Auresku iyunun 25-də Prezident İlham Əliyevlə görüşündə deyib.
Rumıniyanın XİN başçısı xatırladıb ki, həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və bizim təşəbbüsümüzlə gündəliyə regional münaqişələr mövzusu da daxil olunub: "Sözügedən görüşün sonunda biz qərara gəldik ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaq, münaqişələrin həllində iştirak etmək, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərini artırmaq niyyətindədir. Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir".
"Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz", - o vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan regional bağlılıq baxımından da vacib rol oynayır: "Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik. Bildiyiniz kimi, biz buradan Ermənistana, oradan isə Tbilisiyə səfər edəcəyik. Yəni, etimad quruculuğu, yenidənqurma, vəziyyətin sabitləşdirilməsi kimi sahələrdə biz nə edə bilərik? Bu yaxınlarda müəyyən addımlar atılıb, saxlanılan bəzi şəxslər qarşı tərəfə verilib, minaların xəritələri təqdim olunub. Biz belə prosesləri gələcəkdə dəstəkləməkdə maraqlıyıq və hesab edirik ki, etimad quruculuğu baxımdan bu, olduqca vacibdir".

Siyasi       Tarix: 25 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə


son xeberler yeni xeberler azerbaycan xeberleri zelzele futbol xeberleri cəbhədən son durum maliyye xeberler bugun