Rusiya Azərbaycanı parlament seçkilərinin uğurlu təşkili münasibətilə təbrik etdi
Rusiya parlament seçkilərinin uğurlu təşkili münasibətilə Azərbaycanı təbrik edib.
azxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"MDB və ŞƏT monitorinq missiyalarının qiymətləndirmələrinə görə, seçkilər şəffaf, etibarlı və demokratik, yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib. Rusiya tərəfinin ATƏT DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması ilə bağlı heç bir fakt qeydə almayıblar.
Xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik. Bu seçkinin nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstək olmasından xəbər verir", - məlumatda deyilir.
Nazirlikdən Azərbaycan Milli Məclisinin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federal Məclisi arasında iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid bəslənildiyi qeyd edilib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda Milli Məclisə (parlament) növbədənkənar seçkilər keçirilib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb