Rusiya Suriyaya görə danışıqlara BAŞLADI: İlk tələbləri bu oldu
Rusiya Suriyaya görə danışıqlara başlayıb.
KONKRET.az xarici mətbuata istinadla xəbər verir ki, keçirilən görüşdə Suriyada Rusiyaya ayrılan dəniz və hava bazaları məsələsi müzakirə olunub.
Moskvada jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.
Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə qurduqlarını bildirən Boqdanov "Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə əlaqə qurulub. Diplomatik nümayəndələrlə də görüşülüb" sözlərini deyib.
Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.
Boqdanov Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunaraq, "Bazalar Suriya ərazisində qalır. Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz terrorçulara qarşı mübarizə aparmaq idi, İŞİD-in vəziyyətindən hamı xəbərdardır.Onlar onun qalıqlarına qarşı mübarizənin bitmədiyinə razıdırlar. Bu birgə səyləri gücləndirmək lazımdır" – sözlərini deyib./milliaz

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi