Rusiya XİN: "Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri və ekspert dairələri arasında təmaslara hazırlıq gedir"

Rusiya XİN: Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin hazırlanması və sərhədin delimitasiyası üçün lazım olan bütün yardımı göstərəcək.
KONKRET.az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından danışarkən deyib.
"Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, o cümlədən Rusiya ərazisində müvafiq üçtərəfli yüksək səviyyəli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir", – deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Rusiyalı diplomat təfərrüatlara varmayaraq, onların açıqlanmasının həmişə işin xeyrinə olmadığı ilə izah edib.
Qonçar qeyd edib ki, hazırda Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri və ekspert dairələri arasında təmaslara hazırlıq gedir:
"Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub".
Qonçar, üçtərəfli parlamentlərarası dialoqun da fayda verə biləcəyini söyləyib.
O, əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları nizamlanma üçün əsas olaraq qalır.
Denis Qonçar vurğulayıb ki, 9-10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərinin kompleks normallaşması üçün yol xəritəsini təşkil edir:
"Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində kommunikasiyaların açılması üzrə işlər aparılır. Belə ki, dekabrın 6-da keçirilən 11-ci iclasda dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və üç ölkə arasında və regionda daşımaların təşkili məsələləri ətraflı müzakirə olunub. Eyni zamanda, Bakı və İrəvan nümayəndələri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması səylərində Rusiyanın müsbət rolunu qeyd ediblər".
Diplomat həmçinin bildirib ki, Rusiya və Azərbaycan KİV-dənməlumatların qərəzli təqdimatı ilə bağlı məsələləri predmetli şəkildə və hörmətlə müzakirə edirlər. O, aydınlaşdırıb ki, bu problem iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında son danışıqların mövzularından biri olub. "Biz bundan sonra da ən çətin məsələlərdə belə qarşılıqlı məqbul həll yollarını axtarmağa və tapmağa hazırıq", – deyə Denis Qonçar yekunlaşdırıb./apa

Siyasi       Tarix: 11 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər cəbhədən son dəqiqə son xeber 2026 xəbərlər.com