Rusiya Zəngəzur dəhlizinin bahalığından "narahat" oldu

Rusiya Zəngəzur dəhlizinin bahalığından Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi ilə Rusiyadan yan keçməklə Orta Asiyaya, Çinə və s. ixrac həyata keçirə bilər. Bu, Qərbin təzyiqi olmadan müstəqil marşrutlar qurmaq istəyən BRİKS-in səylərinə potensial zərbədir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın "Rıbar" kanalı son vaxtlar Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənar açıla biləcəyi haqda informasiyalar fonunda yazıb.
"Rusiya və İran BRİKS+-un iki əsas üzvüdür, Avrasiyadan keçən marşrutları inkişaf etdirir, dəhliz isə NATO, AB və Türk dünyasına yönəlmiş Qərb-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya oxunu gücləndirəcək.
Bəs Zəngəzur layihəsinin problemləri nədən ibarətdir?
– Əgər həyata keçirilərsə, dəhliz sürüşmələri və seysmik aktivliyi olan dağlıq ərazidən keçəcək. Hazırda dəmir yolu formasında lazımi infrastruktur yoxdur;
– Burada avtomobil və dəmir yollarının tikintisi tunellər, körpülər, sürüşmə əleyhinə sistemlər tələb edir – xərc 2-3 milyard dolları keçə bilər. Bu bahalı, uzunmüddətli və texniki cəhətdən mürəkkəb bir işdir.
– Zəngəzur vasitəsilə göndəriləcək yük axınları belə irimiqyaslı investisiyalar üçün azdır. Azərbaycanla Naxçıvan arasında infrastrukturu ödəmək üçün elə bir həcmdə mal yoxdur və mövcud marşrutlar (Gürcüstan, Xəzər dənizi) vasitəsilə Türkiyə və ya Mərkəzi Asiyaya tranzit daha ucuz və asandır", – kanal bildirib.
Telekanal vurğulayıb ki, bütün bunlar "Zəngəzur dəhlizi" adlanan layihəni iqtisadi deyil, siyasi layihəyə çevirir:
"Dəhliz ilk növbədə Türkiyə və Azərbaycanın "türk davamlılığı", Ermənistana təzyiq etmək və daxili auditoriyanı səfərbər etmək üçün ideoloji planıdır.
Ancaq bir layihə olaraq, həssas, bahalı və bir çox gözlənilməz amillərdən asılıdır. Hələlik o, yüksək qiymətə və şübhəli gəlirə malik strateji utopiya olaraq qalacaq".
Qeyd edək ki, "Zəngəzur dəhlizi" adlanan yol uzun onillər fəaliyyət göstərib, sovet dövründə bu dəmir yolu Azərbaycanın nəzarətində olub. O dəmir yolu nə seysmik ərazidən keçib, nə də dərə-təpədən – hazırda o yolu bərpa etmək o qədər də çətin deyil. Dəmir yolu ilə paralel çəkilməsi nəzərdə tutulan avtomobil yolunun da ciddi xərc tələb edəcəyi sual doğurur, çünki məsafə cəmi 40 km-dir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin rentabelli olub-olmaması Azərbaycan və Türkiyənin problemi olsun gərək, Rusiyanın deyil.
Maraqlıdır ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində açılacağı haqda məlumatlar fonunda Rusiya mediası bu dəhlizin Azərbaycan və Ermənistanın iqtisadi imkanlarını kəskin şəkildə genişləndirəcəyi haqda materiallar yaymaqdan yorulmurdu…

Siyasi       Tarix: 13 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu azerbaycanda son xeberler xəbər.az cəbhədən ən son xəbərlər