Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
Rusiyanın Xabarovks bölgəsinin Tryoxqornoya küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza zamanı "Lexus" markalı avtomobil yol kənarında dayanmış "Nissan Atlas" markalı maşına çırpılıb.
Qəza nəticəsində "Nissan"da olan iki qadın xəsarət alıb. Onlar Azərbaycan vətəndaşlarıdır. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlardan birinə döş qəfəsinin sınığı, digərinə isə kəllə-beyin travması diaqnozu qoyulub.
Məlumatlara görə, qəzaya səbəb "Lexus"un sürücüsünün bir anlıq diqqətsizliyi olub. Hadisə zamanı günahkar sürücü də xəsarət alıb. Onun ayağı sınıb və xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı "Lexus"un sığortasının olmadığı da aydınlaşıb.
Samir İsayev /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb