Rusiyada qismən səfərbərlik barədə fərmanda 7-ci bənd hara yoxa çıxıb? Peskov açıqladı - FOTO
Rusiyada qismən səfərbərlik barədə fərmanda 7-ci bənd hara yoxa çıxıb? Peskov açıqladı - FOTO
Rusiya Prezidenti Vladimir Putin "Rusiya Federasiyasında qismən səfərbərliyin elan edilməsi haqqında" fərman imzalayıb. Bununla bağlı sənəd Kremlin mətbuat xidməti tərəfindən mediaya ötürülüb. Ancaq maraqlı burasıdır ki, 10 bəndlik sərəncamda yeddinci bənd olmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bunun səbəbini açıqlayıb. Onun sözlərinə görə, dərc olunmamış yeddinci bənd xidməti xarakter daşıyır.
"Bu, xidməti istifadə üçündür, ona görə də açıqlaya bilmərəm", - deyə o əlavə edib.
Peskovun sözlərinə görə, bu barədə verə biləcəyi yeganə məlumat RF müdafiə naziri Sergey Şoyqunun sözlərini təkrarlamaq ola bilər.
"Mən bunu izah edə bilmərəm. Sizə söyləyə biləcəyim yeganə şey Sergey Kujugetoviç Şoyqunun müsahibəsində səfərbərliklə bağlı dediyidir: 300 min nəfər. Bax orada söhbət 300 min nəfərə qədər olan adamlardan gedir", - deyə Peskov bildirib.
Qeyd edək ki, fərmanın hüquqi informasiya portalındakı variantında yeddinci bənd "xidməti istifadə üçün" kimi qeyd edilib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismət səfərbərlik elan edib. Ölkədə səfərbərlik fəaliyyətləri bu gündən başlayacaq. Qubernatorlara Müdafiə Nazirliyinin hər bir rayon üzrə müəyyən etdiyi sayda və müddətdə çağırışçıların hazırlanmasını təmin etmək tapşırılıb. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR