Rusiyadan YENİ QAYDA: 50 min cərimə və deportasiya - azərbaycanlılar da

Rusiyadan YENİ QAYDA: 50 min cərimə və deportasiya - azərbaycanlılar daRusiyada sentyabrın 1-dən əcnəbi vətəndaşlarla bağlı yeni qaydalar qüvvəyə minir. Xüsusilə Rusiyada 90 gündən artıq qalmağı planlaşdıran əcnəbilər üçün məcburi tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir. Yəni Rusiyaya gedən və uzunmüddətli qalmağı planlaşdıran miqrantlar bundan sonra tibbi müayinə məsələsini daha qısa müddətdə həll etməli olacaqlar.
Bu dəyişiklik Rusiyada yaşayan və işləyən azərbaycanlılara da aid ola bilər. Bəs yeni qayda konkret olaraq kimlərə şamil ediləcək? Azərbaycandan Rusiyaya işləmək üçün gedən vətəndaşlar hansı prosedurlardan keçməli olacaqlar? 30 günlük müddəti ötürən miqrantı hansı cəza gözləyir? Tibbi müayinədən keçməmək ölkədən çıxarılma və ya qalma müddətinin azaldılması ilə nəticələnə bilərmi?
Rusiyadan YENİ QAYDA: 50 min cərimə və deportasiya - azərbaycanlılar daKONKRET.az xəbər verir ki, vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə 157-FZ saylı yeni dəyişiklik qüvvəyə minib: Yeniliyə əsasən, ölkəyə daxil olan miqrantlar yalnız 90 günlük deyil, hətta 30 gün müddətinə qaldıqları halda bile mütləq tibbi müayinədən keçməli və nəticələr barədə elektron arayışı müvafiq sistemə yükləməlidirlər. Bu tələblər əsasən üç kateqoriyadan olan şəxslərə — Rusiya Federasiyasına müvəqqəti gələnlərə, ölkədə daimi yaşamaq istəyənlərə və müvəqqəti əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olanlara şamil edilir.
Qanunvericiliyin tələblərini pozan şəxsləri ağır sanksiyalar gözləyir. Qaydaları pozan miqrantlar 25 min ilə 50 min rubl arasında inzibati cərimə oluna və ya 3 ildən 5 ilə qədər müddətə ölkədən deportasiya edilə bilərlər. Şərtləri ümumiyyətlə yerinə yetirməyən şəxslərin isə ölkədən çıxarılaraq Rusiya Federasiyasına girişinə birdəfəlik qadağa qoyulması barədə qərarın çıxarılması nəzərdə tutulur.
Bu səbəbdən Rusiyada yaşayan və ya işləmək istəyən Azərbaycan vətəndaşları yeni miqrasiya qaydalarına xüsusi həssaslıqla yanaşmalıdırlar. Vətəndaşlarımız miqrasiya qeydiyyatını vaxtında tamamlamalı, tələb olunan sənədləri müvafiq qurumlara təqdim edərək tibbi müayinədən və digər rəsmi prosedurlardan ləngimədən keçməlidirlər".

Siyasi       Tarix: 28 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az son.xabar butun xeberler xeber