Rusiyanın ən məşhur blogeri - Əslən Bülbülədən olan Hüseyn Həsənov kimdir?

Rusiyanın ən məşhur blogeri - Əslən Bülbülədən olan Hüseyn Həsənov kimdir?Xəbər verdiyimiz kimi, məşhur bloger Hüseyn Həsənov bu gün Bakıda fanatları ilə görüşüb.
Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.
azxeber.com Hüseyn Həsənovla bağlı maraqlı faktları təqdim edir: 
Hüseyn Həsənov Rusiyanın ən məşhur videobloggeri hesab edilir. 
Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar. 
Hüseyn Azərbaycanla bağlı xatirələri haqda deyir: 
"Azərbaycana getməyi sevirəm. Çünki ora mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orda oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burda yaşamışam". 
H.Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:
"Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, instaqram üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım". 
Gənc məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olub və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.
Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi. 
Bloger özü bu haqda deyib: "Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki, qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam". 

Şou Biznes       Tarix: 18 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes