"Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyirlər" - Putinin köməkçisi
"NATO hərbi yolla Rusiyanın ərazi bütövlüyünü pozmaq istəyir".
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
"Kalininqrad vilayətinə yönəlmiş hədələr NATO-ya üzv ölkələrin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq niyyətlərinin növbəti sübutudur. Kalininqrad vilayətinə ediləcək istənilən hücuma Rusiya bütün qüvvə və vasitələrilə dərhal cavab verəcək", - o bildirib.
Bundan əvvəl ABŞ-nin Avropa və Afrika qoşunlarının komandanı general Kristofer Donahyu bəyan etmişdi ki, NATO və onun müttəfiqləri Kalininqrad vilayətini məhv etmək üçün bütün imkanlara malikdir. Onun sözlərinə görə, bu region hər tərəfdən NATO-ya üzv ölkələrlə əhatə olunub və bu bölgəni yer üzündən qısa müddətdə silə bilərlər.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı