Rusiyanın NATO-ya qarşı təcavüz SSENARİSİ - Dəhşətli məqamlar

Rusiyanın NATO-ya qarşı təcavüz SSENARİSİ - Dəhşətli məqamlarQərb hökumətləri Şimali Atlantika Alyansına (NATO) qarşı mümkün hücum riskləri barədə uzun müddətdir xəbərdarlıq edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Kəşfiyyat qurumlarının qiymətləndirmələrinə görə, Rusiya Prezidenti Vladimir Putin hələlik NATO ilə birbaşa hərbi toqquşmadan çəkinir, lakin Moskva tədricən eskalasiyaya səbəb ola biləcək hibrid əməliyyatlardan və təxribatlardan istifadə edə bilər.
Nəşr Rusiyanın Alyansa qarşı həyata keçirə biləcəyi 6 mümkün ssenarini təqdim edib:
"Krim ssenarisi" — Baltikyanı ölkələrdə təxribatlar. Rusiya guya rusdilli əhalinin hüquqlarının pozulduğunu bəhanə edərək etiraz aksiyaları təşkil edə bilər. Bu pərdə altında rusiyalı agentlər, ardınca isə hərbçilər Estoniyanın Narva və ya Latsiyanın Dauqavpils kimi ayrı-ayrı şəhərlərini ələ keçirməyə cəhd göstərə bilərlər. Bundan sonra isə "sülhün qorunması" bəhanəsi ilə qoşun yeridilə bilər.
Birbaşa işğal. Ən təhlükəli, lakin ehtimalı ən az olan ssenarilərdən biri – Belarus və Kalininqrad istiqamətindən eyni vaxtda hücum edərək Polşa ilə Litva arasındakı Suvalki dəhlizini kəsmək cəhdidir. Paralel olaraq, Rusiya Baltikyanı ölkələri digər NATO üzvlərindən təcrid etmək üçün İsveçin Gotland adasına desant çıxarmağa çalışa bilər.
"Təsadüfi" müdaxilə. Rusiya sərhəd yaxınlığında hərbi helikopterin qəza enişi etməsi kimi bəhanələrdən istifadə edə bilər. Daha sonra ekipaj və texnikanı xilas etmək adı altında NATO ölkəsinin ərazisinə "xilasetmə qrupu" göndərilir. Bənzər şəkildə Polşa və ya Rumıniyaya guya təsadüfən düşən raketlər və dronlar da istifadə oluna bilər.
Bayraq altında hücum (təxribat). Kreml NATO ölkəsinə qarşı təxribat məqsədilə ələ keçirilmiş və ya vurulmuş Ukrayna dronlarından istifadə edə bilər. Məsələn, Ukraynanın Rusiyaya zərbəsinin guya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə düşməsi ilə nəticələndiyi görüntüsü yaratmaq olar. Məqsəd NATO ölkələrini bir-biri ilə vuruşdurmaq və Ukraynaya qarşı qaldırmaqdır.
Avropada təxribatlar. Rusiya artıq Avropanın müxtəlif ölkələrində təxribat əməliyyatları həyata keçirib. Növbəti addım insan tələfatına səbəb ola biləcək hücumlar – məsələn, qatarın relsdən çıxarılması və ya sənaye obyektinə zərbə endirilməsi ola bilər. Eyni zamanda, Moskva Qərbin sərt cavab verməyəcəyinə ümid edə bilər.
Kiberhücumlar. Rusiya kritik infrastruktura, maliyyə bazarlarına və ya nəqliyyata hücum edə bilər – məsələn, iri hava limanını sıradan çıxara bilər və ya birjada çaxnaşma yarada bilər. Belə bir variant böyük ziyan vurmağa imkan verir, lakin eyni zamanda günahkarın müəyyən edilməsini və NATO-nun cavab tədbirlərini çətinləşdirir.
Bununla belə, "The Telegraph" qeyd edir ki, Rusiya üçün əsas problem Alyansın reaksiyasını hesablamaqdır. Alyansı parçalamalı olan təxribat əksinə, daha sərt cavab reaksiyasına səbəb ola bilər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 29 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az son.xabar butun xeberler xeber