Rusiyanın Ukraynadakı cəlladı barədə təəccüblü paylaşım: "The end..." FOTO
Rusiyanın Ukraynadakı cəlladı barədə təəccüblü paylaşım: "The end..." FOTO
Rusiya mənbələri cümə və şənbə günləri verdiyi bir sıra qalmaqallı bəyanatlardan sonra "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ciddi problemləri olduğunu işarə edən xəbərlər yayıblar.
Belə ki, Rusiyanın Gulagu.net hüquq-müdafiə təşkilatı özünün "Telegram" kanalında "Vaqner" liderinin karyerasının sonu ilə bağlı yazı dərc edib. Oxşar paylaşımı təşkilatın yaradıcısı Vladimir Oseçkin özünün "Facebook" səhifəsində yazıb.
Paylaşımda Rusiyalı əsgərlərini "Z" ətçəkən maşınına atan Priqojinin karikaturası var.
"Belə görünür ki, the end... Təfərrüat sonra", - deyə mesajda qeyd olunub.
Eyni zamanda, söhbətin konkret nədən getdiyi bəlli deyil - Priqojinin karyerasının sonu da ola bilər, onun fiziki olaraq aradan qaldırılması da.
Xatırladaq ki, Priqojin böyük itkilərə görə Baxmutdakı mövqelərini tərk etməyə hazır olduğu barədə ultimatum elan edib. O, həmçinin onlarla ölmüş rusiyalı əsgəri göstərərək müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı təhqiramiz ifadələr səsləndirib.

Mənbə: Dialog.ua / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR