Rusiya–Ukrayna savaşına Türkiyə də qoşulur? - DƏHŞƏTLİ SSENARİ

Rusiya–Ukrayna savaşına Türkiyə də qoşulur? - DƏHŞƏTLİ SSENARİQara dənizdə yeni cəbhə açılır
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibə Qara dənizi tədricən klassik hərbi əməliyyatlar məkanından çıxararaq mürəkkəb geosiyasi qarşıdurma zonasına çevirib. Bu gün söhbət təkcə hərbi gəmilərin və raketlərin qarşıdurmasından getmir. Qara dəniz eyni zamanda enerji xətlərinin, taxıl marşrutlarının, ticarət yollarının və pilotsuz texnologiyaların toqquşduğu strateji sahəyə çevrilib.
KONKRET.az xəbər verir ki, müharibənin ilkin mərhələsində Moskvanın əsas məqsədi Ukraynanı dənizdən təcrid etmək idi. Liman infrastrukturlarına zərbələr, Odessa istiqamətində təhlükənin artırılması, taxıl daşımalarının bloklanması və sığorta risklərinin yüksəlməsi Kiyevin iqtisadi imkanlarını məhdudlaşdırmağa hesablanmışdı. Bu siyasət Ukrayna üçün ciddi təzyiq yaratsa da, vəziyyətin gedişatını Moskvanın xeyrinə dəyişməyə yetmədi.
Rusiya–Ukrayna savaşına Türkiyə də qoşulur? - DƏHŞƏTLİ SSENARİUkrayna klassik donanma müharibəsində Rusiyaya qarşı durmaq əvəzinə asimmetrik strategiyaya üstünlük verdi. Dəniz pilotsuz aparatlarının intensiv istifadəsi Qara dənizdə qüvvələr balansını dəyişdi. Rusiya hərbi gəmiləri üçün artan risklər Moskvanı donanmasının mühüm hissəsini Krımdan çıxararaq Qara dənizin şərq sahillərindəki limanlara yönəltməyə məcbur etdi. Bu addım Rusiyanın Qara dənizdə mütləq nəzarət iddialarını zəiflətdi.
Yeni vəziyyət Ukraynaya ticarət gəmiçiliyini qismən bərpa etməyə imkan verdi. Odessa limanı istiqamətində yük daşımalarının canlanması Kiyevin iqtisadi nəfəsini bir qədər açdı. Eyni zamanda Qara dənizdə təhlükəsizlik məsələsi regional problem olmaqdan çıxaraq Avropanın ümumi təhlükəsizlik gündəminə daxil oldu.
Bu proseslər fonunda ən həssas mövqedə olan ölkələrdən biri Türkiyədir. Qara dənizin coğrafi xüsusiyyətləri — dar hava və dəniz məkanı, intensiv hərbi fəaliyyət və böyük güclərin yaxın təması Ankaranın təhlükəsizlik risklərini artırır. Rusiya və NATO qüvvələrinin fəaliyyətinin paralel şəkildə davam etməsi, pilotsuz aparatların sürətlə çoxalması istənilən yanlış hesablamanı ciddi böhrana çevirə bilər.

Son dövrlərdə Türkiyənin hava məkanını pozan pilotsuz aparatların vurulması və regionda radar sistemlərinə təzyiq cəhdləri təhlükənin real xarakter daşıdığını göstərir. Bu vəziyyət Ankaranı hava patrulu, rabitə mexanizmləri və reaksiya protokollarını yenidən nəzərdən keçirməyə məcbur edir.
Türkiyə eyni zamanda mürəkkəb diplomatik balansı qorumağa çalışır. Montrö Konvensiyasına əsasən boğazlara nəzarət, taxıl dəhlizi təşəbbüslərində iştirak və NATO çərçivəsində koordinasiya Ankaranın əsas siyasi alətləridir. Lakin müharibənin aktiv fazasının Qara dənizə daşınması bu balansı getdikcə daha kövrək edir və Türkiyənin manevr imkanlarını daraldır.
Rusiya–Ukrayna savaşına Türkiyə də qoşulur? - DƏHŞƏTLİ SSENARİAnalitiklər hesab edirlər ki, Qara dəniz yaxın perspektivdə yüksək riskli rəqabət zonasına çevriləcək. Burada pilotsuz texnologiyaların rolu artacaq, hərbi və mülki infrastrukturlar daha çox təhlükə altında qalacaq. Türkiyə üçün isə bu proses həm təhlükəsizlik, həm də diplomatik baxımdan daha mürəkkəb qərarlar dövrünün başlanğıcı deməkdir.
Qara dənizdə atılan hər addım təkcə region dövlətlərinə deyil, Avropanın təhlükəsizlik arxitekturasına və qlobal ticarət sisteminə də təsir göstərir. Məhz buna görə bu akvatoriyada baş verənlər artıq lokal münaqişə kimi deyil, beynəlxalq nizamın formalaşdığı əsas cəbhələrdən biri kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 23 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu