Rusiyaya 50 il girə bilməyəcək
Qazaxıstanlı və rusiyalı komediyaçı, yumorist və kinoaktyor Nurlan Saburovun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub.
azxeber.com xəbər verir ki, bu barədə RIA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, qərar Rusiya Federasiyasının milli təhlükəsizliyi maraqları əsasında qəbul edilib.
Məlumatda qeyd olunur ki, Rusiyada 60 milyon rubldan (təxminən 1,3 milyon manat) artıq dəyərində əmlaka sahib olan N. Saburov, RF-də qazandığı vəsaitləri vasitəçilər vasitəsilə leqallaşdırmağa cəhd göstərib.
Rusiyanın Baza adlı Telegram kanalı isə xəbər verir ki, qadağa 30 yanvar tarixindən qüvvəyə minib. Kanal vurğulayır ki, bu qərar Xüsusi Hərbi Əməliyyatın tənqidi, eləcə də miqrasiya və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar qəbul edilib.
Xatırladaq ki, Nurlan Saburov stend-ap janrındakı çıxışları ilə geniş tanınıb və "Что было дальше?" verilişinin aparıcısıdır.
Turlar.az [newsid: 0-123300]

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək
"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var