Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər.
"Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.
Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiya operatorlarından SİM-kartları yalnız Dövlət Xidmətləri portalında biometrikadan istifadə etməklə qeydiyyatdan keçdikdə və rabitə mağazalarında şəxsi səfər zamanı əldə edə biləcəklər.
Sənəd Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, "Roskomnadzor", Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib.
Qurumlar aprelin 15-dək bununla bağlı razılığa gəlməlidirlər.
Sənədin mətnində qeyd edilir ki, miqrant biometrik məlumatları təqdim etməkdən imtina edəcəyi təqdirdə Rusiya ərazisində mobil rabitədən istifadə imkanından məhrum olacaqlar.
Tələblər diplomatik işçilərə, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə və qaçqınlara şamil edilməyəcək. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR