Ruslar Kərki istiqamətini tərk etdi - Ermənilər QORXUYA DÜŞDÜ

Ruslar Kərki istiqamətini tərk etdi - Ermənilər QORXUYA DÜŞDÜRusiya sərhədçiləri təkcə Zvartnotsdan deyil, Yerasxavan ərazisindən də çıxarılıb. Rus sərhədçilərinin Paruyr-Sevak kəndindəki bazası da ləğv edilib.
KONKRET.az "Yeni Müsavat" -a istinadən bildirir ki, bu barədə hraparak.am saytı yazıb.
Nəşr xəbər yayıb ki, ruslar azərbaycanlıların ən azı Kərki və Arazdəyən istiqamətində hərbi əməliyyat keçirməmələrinə yeganə təminat idi. Erməni analitik Edqar Qazaryan isə ermənilərin bu məsələdən qorxuya düşdüyünü etiraf edib: "Belə çıxır ki, Rusiya sərhədçilərinin bazası bu ərazidən çıxarılarsa, Kərki və Arazdəyən artıq Azərbaycana verilməyəcək. Ancaq dolayısı yolla insanlara xəbərdarlıq edirlər ki, Arazdəyənin yaxınlığında yerləşən Naxçıvanda Azərbaycan Ordusunun tank birləşmələri var. Və onların yeganə döyüş missiyası İrəvan istiqamətində hücuma keçməkdir", – deyə o qeyd edib.
Lakin o da var ki, İrəvandakı "Zvartnots" hava limanında xidmətini başa çatdıran Rusiya sərhədçiləri Türkiyə və İranla sərhəddə xidmətə başlayıb. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, bu addım 1992-ci ildə Rusiya ilə əldə edilən razılaşmaya uyğun olaraq atılıb. Yəni onlar Ermənistandan getməyiblər.
Həmçinin erməni mediası Naxçıvanın Kərki kəndinin işğal olunması ilə bağlı detalları açıqlayıb. Kərkinin işğalı haqda "Qarabağ komitəsi"nin üzvü, hazırda tarix elmləri doktoru olan Aleksan Akopyanın xatirələrindən sitat gətirilib. Bildirilib ki, Akopyan "məxfilik baxımından" xatirələrində bir çox məqama aydınlıq gətirməyib, ancaq Kərki adının işğaldan sonra niyə "Tiqranaşen"ə dəyişdirildiyini izah edib. Akopyanın xatirələrindən bəlli olur ki, Kərkinin strateji əhəmiyyətini dərk edən ermənilər bu kəndi ələ keçirmək üçün xüsusi əməliyyat hazırlayıblar. İddiaya görə, 1989-cu ilin yanvarında azərbaycanlıların özünümüdafiə dəstələri kəndi qorumağa çalışıb.
"Vazgen Sərkisyanın başçılıq etdiyi Araratdan olan dəstəmiz əməliyyat hazırlayıb, "Qarabağ komitəsi" ilə razılaşmış formada hücuma keçdi. Yanvarın 16-da bizim oğlanlar kəndə girib "bütün yaraqlıları" qovdular. Amma kənddə onların (azərbaycanlıların – red.) çevik polislərindən (Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) nəzərdə tutulur – red.) əlavə, sovet daxili qoşunlarının kiçik bir qrupu da var idi. Onların xahişi ilə biz geri çəkildik. Kəndə hücum zamanı Armaş kəndindən olan Tiqranı qurban verdik. Ona görə kəndi alandan sonra adını Tiqranaşen qoyduq", – Akopyan yazıb. Onun sözlərinə görə, Sərkisyanın dəstəsi geri çəkiləndən sonra azərbaycanlılar Kərkini tərk ediblər: "Vazgen Sərkisyanın və onun silahdaşlarının böyük səyləri sayəsində Zəngəzura gedən yolu itirmək kimi real təhlükənin qarşısı alındı. Zəngəzura gedən yol Kərkidən atəşə tutulurdu".
İndi isə kəndin Azərbaycanın nəzarətinə keçəcəyi barədə ermənilərdə panika və təşviş yaranmağa başlayıb. Rusların bu əraziləri tərk etməsini kəndin Azərbaycana təhvil veriləcəyi kimi qiymətləndirilir. Ümumiyyətlə, Kərki və Qazağın anklav olan digər üç kəndi də qaytarılmalıdır. Hazırda sülh danışıqları davam edir və tərəflər anklav ərazilərin həlli məsələsini sonraya saxlayıblar. Onu da demək lazımdır ki, Kərki ermənilər üçün İrana gedən yolda strateji əhəmiyyət daşıyır. Əgər kənd bizim nəzarətimizə keçərsə, o zaman ermənilər İran yolunda dəyişiklik etməli olacaqlar. Necə ki, Tavuş istiqamətində delimitasiya zamanı bir körpü Azərbaycanda qaldı və bu səbəbdən ermənilər Gürcüstana getmək üçün alternativ yol çəkdilər. Yeri gəlmişkən, erməni mediası bugünlərdə həmin yoldan görüntülər yaymışdı. İndi də eynilə Kərki ilə bağlı oxşar mənzərə yarana bilər. Bu kəndin qaytarılması Azərbaycan üçün də olduqca vacibdir.
Onu da deyək ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edib. Təsdiq edilmiş kənd və qəsəbələr siyahısında olmayan yeganə kənd Kərkidir. Bildirilib ki, bu, Ermənistan hökumətinin Kərkini tezliklə geri qaytarmağa hazırlaşması ilə bağlıdır. Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib.
Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov təyin edilib. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 2018-ci ildə uğurlu Günnüt əməliyyatında və 2020-ci ildə Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azad olunmasında şücaət göstəriblər. General-mayor Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci il sentyabrın 27-də başlanan hərbi əməliyyatlar zamanı fərqlənib. Prezidentin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilib, general-mayor ali hərbi rütbəsinin verilib. 23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib. Kabinet generalı Kərəm Mustafayevin yerinə müharibənin od-alovun çıxmış birinin təyinatı şübhəsiz ki, ermənilərin son vaxtlar Naxçıvan istiqamətində fəallaşması ilə də əlaqədar olduğunu deyənlər var. İndi rus sərhədçilərin o istiqamətdən çıxması ermənilərin narahatlıqlarını artırıb…
Ruslar Kərki istiqamətini tərk etdi - Ermənilər QORXUYA DÜŞDÜRamil Məmmədli
Bu mövzuda "Yeni Müsavat"a danışan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, rus sərhədçilərinin ərazidən çıxması rotasiya ola bilər. Onun fikrincə, Ermənistanda olan rus hərbçiləri vaxtaşırı yerdəyişmələr edirlər. R.Məmmədli hazırda Kərkinin təhvil verilməsi üçün danışıqlar aparılmadığını deyir: "Kərkidə az sayda insan yaşayır və Ermənistan bu kəndlə bağlı şişirtməyə yol verir. Ona görə vaxtı çatanda Kərkini də alacağıq və hay-küy qoparmaları əhəmiyyətsiz olacaq. Amma hazırda rus hərbçiləri İranla sərhədə nəzarət edirlər. Ola bilsin ki, bəzi ərazilərdə bazaları ləğv olunub. Ancaq rusların gedişi kəndin qaytarılacağı kimi qəbul oluna bilməz. Bunun üçün gərək Ermənistanla Azərbaycan konkret razılaşmalar əldə etsinlər. Eyni zamanda erməni tərəfi son günlər Kərki ilə bağlı referendum manipulyasiyaları edirlər. Hər halda, bu kənd azad edilməlidir və Azərbaycanın ərazi bütövlüyünə daxil olmalıdır. Sözsüz ki, bundan sonra orada rus yox, azərbaycanlı sərhədçilər dayanacaqlar. Yəni ruslar indi Kərkidən çıxırsa, o zaman gələcəkdə orada Azərbaycan Dövlət Sərhəd Xidməti olacaq".
Hərbi ekspert hesab edir ki, anklavların qaytarılması müzakirələr nəticəsində reallaşa bilər: "Ermənistan isə gah anklavların qarşılıqlı mübadiləsindən dəm vurur, gah referendum keçirib xalqın rəyinin öyrənilməsindən danışır. Hiss olunur ki, İrəvan vaxt udmaq niyyətindədir. Ancaq sülh mətni razılaşdırılarkən bu kəndlər də müqavilədə qeyd olunmalıdır. Məncə, Kərki və Qazağın digər üç kəndinin Azərbaycana təhvil verilməsi sülh müqaviləsi mətnində yer ala bilər. Çünki söhbət iki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə sənəddə tanımasından gedir. Həmin kəndlər isə anklav olsalar belə, faktiki işğaldadır və Ermənistanın nəzarətində qala bilməzlər. O baxımdan məsələnin həll variantı sülh müqaviləsində öz əksini tapa bilər. Bu halda delimitasiya işi aparılır və sərhəd dəqiqləşir. Ondan sonra rus sərhədçiləri Kərkidə ola bilməzlər, gedib Ermənistanın başqa ərazisində keşik çəksinlər. Əminəm ki, Azərbaycan dövləti diplomatik danışıqlarda bu məsələni ciddi surətdə gündəlikdə saxlayır".

Siyasi       Tarix: 07 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun en yeni xeberler son xabar krminal bu gun