"Sabahın Sahibkarları"na Ziraat Bank dəstəyi davam edir - FOTO

"Sabahın Sahibkarları"na Ziraat Bank dəstəyi davam edir - FOTOPrezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə "Ziraat Bank Azərbaycan " ASC də qoşularaq, bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsinə dəstək vermişdir.
Xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir .
Ölkə olaraq keçdiyimiz bu çətin günlərdə Ziraat Bank Azərbaycan İqtisadiyyatının inkişafı üçün çalışır və sosial məsuliyyəti dərk edərək dəstək proqramlarında aktiv olaraq iştirak edir. Ziraat Bank tərəfindən özünüməşğulluq idarəsində kursu bitirərək peşə sahibi olan şəxslərə, gözəllik salonu, tekstil məhsullarının istehsalı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaqları üçün lazımi avadanlıqlar ilə təmin edilmişdir.
Bu günə qədər Bakı, Salyan, Sumqayıt, Mingəçevir və digər ərazilərdə yaşayan ailələrə öz işlərinin qurulmasında dəstək göstərilmişdir. Ümumilikdə paytaxt və bölgələrdə bir çox ailə özünüməşğulluq proqramı çərçivəsində Bankın dəstəyi ilə əhatə olunacaqdır.
Əlavə olaraq qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC "Türkiyə Ziraat Bank"-nın 156 illik təcrübəsi ilə 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 09 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, ödənişlər bu gün həyata keçirilib

Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin

Bank of Baku müştərilərinə daha rahat, sürətli və əlçatan bank xidmətləri təqdim etmək məqsədilə rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın növbəti yeniliyi sayəsində müştərilər artıq nağd pul kreditini 100% ta

"Kristal"dan ideal fürsət:2 və 3 otaqlı ipotekaya yararlı mənzillər satışdadır

"Kristal"ın şəhərin ənperspektivli ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence"layihəsindənmənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var.Tikintisinin əsas hissəsiartıq tamamlanmı

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. . Beynəlxalq sammit Azərbaycan Respublikasını

AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşru

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler cəbhədən xəbərlər son xəbərlər son.xeber