Sabiq nazir: "Gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür
"Həmişə işdə evdən götürdüyüm yeməklə qidalanmışam. Qonaqlar olanda restorana getmişəm. Hər gün səhər həyat yoldaşım mənə xüsusi yemək hazırlayır, götürürəm. Əvvəllər gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür. Bunu normal hal hesab edirəm".
Azxeber.com Real tv-y ə istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
"İndi də naharı işdə edirəm, harasa getmirəm. Yeməyi bitirən kimi bir az istirahət edirəm, sonra işimə davam edirəm. Bəzən qəribə baxırlar ki, bunun heç dincəlməyi yoxdur, daim komputerin qabağında yazır. Mən bundan zövq alıram. Tam səmimi deyirəm, həyatımda boşluq yoxdur", – M.Mərdanov qeyd edib.
Real tv

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR