Sabirabadda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açıldı
Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Azxeber.com-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Müəyyən edilib ki, rayonun Qaragüney kəndi ərazisində "Azərişıq" ASC-nin Sabirabad Elektrik Şəbəkəsi üçün yeni inzibati binasının tikintisi zamanı "Admiral-2012" MMC tərəfindən yaşıllıqların götürülməsinə dair ekoloji ekspertiza rəyi olmadan 8 ədəd müxtəlif cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində təbiətə 3 min 380 manat məbləğində ziyan dəyib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR