Sabitlik və etibarlılıq - Mixail Leontyev Mehriban Əliyevanın Moskvaya səfərini şərh edir

Sabitlik və etibarlılıq - Mixail Leontyev Mehriban Əliyevanın Moskvaya səfərini şərh edirSabitlik və etibarlılıq - Mixail Leontyev Mehriban Əliyevanın Moskvaya səfərini şərh edir
Politoloq, publisist, televiziya və radio aparıcısı və Rusiyanın ən məşhur jurnalistlərindən biri olan Mixail Leontyev diqqqətləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvadakı Rusiya-Azərbaycan regionlararası forum səfərinə yönəltdi.
Xatırladaq ki, Azərbaycanın Birinici vitse-prezidentinin Moskvaya səfəri zamanı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olub.
Bundan əlavə, Mehriban Əliyeva ən yüksək səviyyədə görüşlər keçirib. Rusiya Prezidenti Vladimir Putin isə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib.
Mixail Leontyev Media.Az-a verdiyi müsahibədə bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim etdiyi mükafat çox simvolik hesab olunur.
Sabitlik və etibarlılıq - Mixail Leontyev Mehriban Əliyevanın Moskvaya səfərini şərh edir"Mehriban Əliyeva təkcə prezidentin xanımı deyil, eyni zamanda, Birinci vitse-prezidentdir. Bu soyad xüsusi əhəmiyyət kəsb edir. Rusiya-Azərbaycan münasibətlərinin təməli görkəmli siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Çətin geosiyasi vəziyyətdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq bölgədəki sabitliyin açarıdır. Bu, əlbəttə ki, çox vacibdir".
Müsahibimizin sözlərinə görə, XTNS-də "Azərbaycan" pavilyonunun açılması ənənəvi birgə mövcudluğun təməllərinin bərpası deməkdir.
"Bunsuz Zaqafqaziyada normal bir vəziyyət mümkün deyil. Əslində, bu münasibətlərin dağılması bölgədə sabitliyin pozulmasına təkan verər və bu da hamı üçün çox kədər gətirər. Buna görə fərqli bir situasiya mümkün deyil və XTNS-də pavilyon kimi postsovet rəmzləri çox adekvatdır.
Rusiya-Azərbaycan münasibətlərində sabitlik və etibarlılıq hiss edirəm. Bu, artıq çox şey deməkdir. Ancaq mən münasibətlərin möhkəmlənməsi üçün daha da yaxınlaşmaq istərdim", - deyə Mixayıl Leontyev yekunlaşdırıb.

Siyasi       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler qarabag maliyye xeberler bugun son xəbərlər azərbaycanda