Şahdağ"da karantin qaydaları belə qorunur
"Turizm Könüllüləri" İctimai Birliyinin üzvləri 2021-ci ilin 30 dekabrından etibarən "Şahdağ" Turizm Mərkəzi və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində, həmçinin "Tufandağ", "Qafqaz Resort", "Qafqaz Riverside" hotellərində hərəkətin idarə edilməsi işində iştirak edirlər.
Bu barədə Azxeber.com-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Bildirilib ki, turizm könüllüləri 5 yanvaradək qonaqların COVID-19 pasportlarının yoxlanılması prosesinə dəstək göstərəcək, eləcə də sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edəcəklər.
Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı, həmçinin qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilir.
Xatırladaq ki, "Şahdağ" Turizm Mərkəzinə gələn qonaqların istirahətini asanlaşdırmaq məqsədilə COVID-19 pasportlarının yoxlanılması işi yaradılan vahid yoxlama məntəqəsində həyata keçirilir. Qonaqların yoxlamadan yalnız bir dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz şəkildə girişi təmin olunur.
Xidmetler [newsid: 0-123300]

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
Xamenei atasının dəfnində iştirak edəcək?
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Bu ölkədə yeni Prezident SEÇİLDİ
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi