Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTOLAR

Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTOLARMilli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
azxeber.com xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Deputatlar Konqresinin sədri Fransua Armenqol bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, COP29-un ölkəmizdə yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, mühüm qərarların qəbul edildiyi həmin konfransda İspaniya Krallığı Hökumətinin sədri də iştirak etmişdi.
Söhbət zamanı Deputatlar Konqresinin sədri qeyd edib ki, Azərbaycan-İspaniya əlaqələrinin hazırki vəziyyəti məmnunluq doğurur və belə bir inamı ifadə edib ki, bundan sonra da parlamentlər hökumətlər arasında əməkdaşlığı dəstəkləməyə davam edəcəklər. Bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyət kəsb edir və  bir sıra ispan şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdırlar. Bu da Azərbaycanın siyasi və coğrafi əhəmiyyətindən irəli gəlir.   
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində onu İspaniyaya səfərə dəvət etdiyinə görə Deputatlar Konqresinin sədrinə təşəkkürünü bildirib. O, Azərbaycan-İspaniya əlaqələrinin mövcud vəziyyəti və inkişafı barədə fikirlərini bölüşüb. Sahibə Qafarova İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılaşmaların uğurla icrasının əməkdaşlığımızı daha da inkişaf etdirəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələri haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri bərpaolunan enerji və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı perspektivlər olduğunu qeyd edib. O, bildirib ki, həm Azərbaycan, həm də İspaniya bərpaolunan enerji sahəsində mühüm işlər görürlər. Azərbaycan hazırda bu sahədə mühüm layihələri icra edir və əldə olunan enerjinin Avropaya ixracı üçün işlər görür. Hazırda ölkəmiz Avropa ölkələrinin, o cümlədən İspaniyanın etibarlı enerji təchizatçısıdır və İspaniya şirkətinin TAP-da iştirakı da əməkdaşlığımızın uğurlu nümunələrindən biridir. Milli Məclisin sədri iqtisadi əlaqələrdən danışarkən, Azərbaycanın nəqliyyat-tranzit imkanlarını xüsusi vurğulayıb, Orta Dəhliz üzrə fəaliyyətin Azərbaycan-İspaniya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri ola biləcəyinə diqqət çəkib.
Görüşdə Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışılıb. Milli Məclisin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə geniş məlumat verib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova Deputatlar Konqresinin Fəxri qonaqlar kitabını imzalayıb.

Siyasi       Tarix: 21 may 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler cəbhədən son dəqiqə son xeberler bugun 2026 canli son xeber.az