Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər - Ekspert
"COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib".
Milli.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Azər Mehdiyev deyib.
A.Mehdiyev bildirib ki, cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşları, iş adamlarını prosesdə fəal iştirak etməyə səsləyən çağırışlar aktuallaşıb:
"Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər".
Ekspertin sözlərinə görə, pandemiya şəraitində dünya yeni çağırışla üzləşib: "Bundan sonra dünyada belə halların təkrarlanmayacağına ümid yoxdur. Artıq bu cür hadisələr milli təhlükəsizlik məsələsinə çevrilir. Bundan sonra dövlətlərin hazırlamalı olduqları strategiyalardan və hər zaman əl altında olmalı sənədlərdən biri virusun yayılması dönəmlərində fəaliyyətin necə təşkili məsələsi olacaq.
Biznesin, xüsusilə kütləvi xidmət sahəsinə aid bizneslərin buna hazırlaşması və müəyyən edilmiş qaydalara əməl etmələri biznesin ayrılmaz hissəsi kimi meydana çıxacaq. Bununla yanaşı, sırf indiki dönəmlə qapalı biznes obyektlərində, xüsusilə bütün səviyyələrdə marketlərdə karantin tələblərinin gözlənilməsi virusun yayılma sürətinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Marketlərin əksəriyyətində hələ də bu məsələyə gözdən pərdə asmaq yanaşması hiss olunur. Bu, ciddi təhlükə mənbəyidir. Karantin tələblərinə uyğun qaydaların müəyyən edilməsi və bunlara riayət edilməsi indiki halda biznesin bütün sahələrində, xüsusilə marketlərdə həyat əhəmiyyətli məsələ kimi gündəmdə durur".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar