Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər?

Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər?COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir.
Pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil. Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir.
Yeri gəlmişkən, İqtisadiyyat naziri Mikayıl Cabbarov da son mətbuat konfransında bu barədə ciddi mesajlar verib. Pandemiyanın təsirlərinin uzun müddət davam biləcəyini istisna etməyən nazir bildirib ki, bu səbəbdən sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər: "İstər cəmiyyət, istərsə də sahibkarlar mövcud tələblərə uyğunlaşmalıdırlar. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir. Sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir".
Xüsusi karantin rejimində bir sıra iş və xidmət sahələrində işlər davam etdirilir. Bununla belə, insanların sağlamlığının qorunması baxımından, həmin məkanlarda sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vacibdir. Belə ki, sahibkarlıq subyektləri fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməlidir. Bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə: əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s. ilə təmin edilməlidir.
Pandemiya şəraitində işini davam etdirən sahibkarlıq subyektlərində əməkdaşların qoruyucu vasitələrlə təmin edilməsi ilə yanaşı bəzi məkanlarda ara məsafənin saxlanması da vacibdir. İşçi heyət gigiyenik tələblərə əməl etməlidir. İş yerlərində sahibkarlar bu məqamlara xüsusi nəzarət etməlidirlər. Eyni zamanda, iş və xidmət sahələrində, spesifik xüsusiyyətlər nəzərə alınmaqla, profilaktik tədbirlər həyata keçirilməli, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalıdır.
Xatırladaq ki, may və iyun aylarında bəzi istehsal müəssisələrində işçilərin kütləvi virusa yoluxma halları aşkarlanıb və bu barədə rəsmi açıqlamalar verilib. Onların sırasında "Bakı Tikiş Evi" MMC, "Baku Steel Company" və digər iri şirkətlər vardı. Eləcə də banklarda, özəl tibb müəssisələrində işçilərin virusa yoluxması ilə bağlı məlumatlar yayılıb. Bütün bunlar onu deməyə əsas verir ki, sahibkarlar öz biznes subyektlərində çalışan əməkdaşların sağlamlığına səhlənkar yanaşmaqla öz işlərinə, son nəticədə isə iqtisadi inkişafa zərbə vurmuş olurlar. Bunun qarşısını almaq məqsədilə İqtisadiyyat Nazirliyi digər aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarəti gücləndirməyə çalışır.
Qeyd edək ki, virusa yoluxma təhlükəsi insanların daha çox toplaşdığı məkanlarda, o cümlədən ticarət obyektlərində, ictimai nəqliyyatda mövcuddur. Ona görə də həmin sahələrdə sanitar-epidemioloji tələblərə uyğun davranış qaydaları müəyyən edilib. Belə ki, ictimai nəqliyyatda xidmət aparan avtobuslar mütəmadi dezinfeksiya olunmalı, sürücülər qoruyucu maskalardan və xüsusi məhlullardan istifadə etməlidir. Eyni zamanda, maska istifadə etməyən sərnişinlərin avtobus salonlarına daxil olmasının qarşısını almalıdırlar. Burada sərnişinlərin də mühüm öhdəlikləri müəyyən edilib. Onlar xüsusi qoruyucu maskalardan istifadə etməklə yanaşı, sosial məsafənin gözlənilməsinə də riayət etməlidirlər. Yeri gəlmişkən, bu qaydalar ticarət obyektləri üçün də keçərlidir. Qaydalara əsasən, ticarət və xidmət obyektlərinə daxil olan vətəndaşlar qoruyucu vasitələrdən istifadə etməlidirlər. Obyekt sahibləri isə buna nəzarət etməli və qaydalara biganə yanaşan vətəndaşlardan bunu tələb etməlidirlər. İçəri daxil olduqdan sonra isə obyektin daxilində çalışan və ya alış-veriş edən, xidmət alan şəxslərlə 1,5-2 metrlik fiziki məsafə gözlənilməlidir. Eyni zamanda, istehlakçıların sayına da məhdudiyyət qoyulub. Belə ki, fiziki məsafənin normaya uyğun təmin olunması üçün xidmət zonalarının sahəsinə mütənasib müştəri sayının qəbul edilməsi məqbul sayılır. Sahibkarlar ticarət obyektlərinə məhdudiyyətli girişin tətbiqinə nəzarət etməlidirlər. Obyektlə daxil olan vətəndaşlar girişdə dezinfeksiya məhlulları ilə təmin edilməlidir. Ticarət obyektlərində növbələr üzrə fiziki məsafələri müəyyən edən işarələrin quraşdırılması da mütləqdir. Kassa qarşısında yaranan növbələrdə məsafənin gözlənilməsi üçün döşəmələrdə stikerlər yapışdırılmalıdır. Eyni zamanda, obyektlərin giriş hissələrində və içərisində yoluxma hallarının qarşısının alınması, o cümlədən istehlakçılar arasında sosial məsafənin gözlənilməsi ilə bağlı məlumatverici lövhələr yerləşdirilməlidir.
Yeri gəlmişkən, sahibkarlıq subyektlərində sadalanan qaydalara əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyində 22 monitorinq qrupu yaradılıb. Onlardan 12-si Bakı şəhərində, 8-i iqtisadi rayonlarda, 2-si sənaye müəssisələrində fəaliyyət göstərir. Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılır. 
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 03 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber